backend

Vüsalə Mahirqızının yeni yaratdığı agentlik fəaliyyətə başladı

Vüsalə Mahirqızının yeni yaratdığı agentlik fəaliyyətə başladı

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayıb.
,Onlayn Xəbər Agentliyinin (Online News Agency – ONA, www.ona.az) yaradılmasında əsas məqsəd ölkənin media məkanındakı boşluğu doldurmaq, Azərbaycanda və dünyada baş verən ən mühüm siyasi, iqtisadi və digər yenilikləri işıqlandırmaqdır. Digər məqsəd aparıcı transmilli informasiya agentlikləri ilə sıx münasibətlər qurmaq, qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan həqiqətlərini, respublikanın siyasi və iqtisadi həyatını əks etdirən dolğun məlumatları, ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu haqlı mövqeni dünyaya çatdırmaqdır.

Əsas iş prinsipi dəqiqlik, operativlik, tərəfsizlik olan ONA xüsusi bülletenlər və onlayn rejimdə Azərbaycan, Rus, İngilis, Ərəb, Fransız və Erməni dillərində xəbərlər yayımlayacaq.

İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlarla yanaşı, regionda və dünyada baş verən hadisələr barədə xəbərlər, məqalələr, müsahibələr, ekspert rəyləri yer alır.

ONA-nın foto və video, iqtisadi və siyasi mövzularda analitika xidmətləri də var.

Agentliyin Azərbaycanın bütün bölgələrində, ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan və İranda ofisləri fəaliyyət göstərir.

İstəyimiz oxucuların üz tutacağı ünvana, etibarlı xəbərin mənbəyinə çevrilməkdir.

Agentliyin internet ünvanı belədir: www.ona.az

Qeyd edək ki, agentliyin rəhbəri tanınmış jurnalist Vüsalə Mahirqızıdır.