backend

Kolumbiya konsulluğunun əməkdaşları Venesueladan piyada gediblər

Kolumbiya konsulluğunun əməkdaşları Venesueladan piyada gediblər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bazar günü Kolumbiya konsulluğunun 3 əməkdaşı və ailə üzvləri ilə birlikdə Venesuelanı piyada tərk ediblər.
Diplomatlar sərhədi San-Antonioda piyada keçiblər – onları Venesuela polisi müşayiət edib.

Xatırladaq ki, şənbə günü Venesuela prezidenti Nikolas Maduro Kolumbiya ilə bütün münasibətləri kəsdiyini elan edib və diplomatik idarələrin personalının ölkəni 24 saat ərzində tərk etməsini istəyib.

Kolumbiya hakimiyyəti bəyan edib ki, öz diplomatlarının Venesueladan çıxmasını mümkün qədər tez bir zamanda təmin edəcək.