backend

Ramil Usubov Avropa çempionunu işdən qovdu

Ramil Usubov Avropa çempionunu işdən qovdu

Baş Narkotiklərlə Mübarizə İdarəsinin daha bir əməkdaşı işdən çıxarılıb. Gununsesi.org ONA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Qalib Hümbətov tutduğu vəzifədən azad edilib.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində yoxlamalar aparılıb. Yoxlamalar zamanı bəzi nöqsanlar aşkar edilib. Bu nöqsanlara yol verən bir neçə əməkdaş cəzalandırılıb.
Xatırladaq ki, Qalib Hümbətov sambo üzrə ikiqat Avropa çempionudur.