Kəsilən ağacların yerində “Xalq city” tikinti işləri aparır – Nazirlikdən açıqlama

Sosial / hadise 27-02-2019, 20:07
Kəsilən ağacların yerində “Xalq city” tikinti işləri aparır – Nazirlikdən açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı-Sumqayıt yolunda şam ağaclarının kütləvi qurudulması məsələsinə münasibət bildirib.

Nazir müavini Firdovsi Əliyev “Report”a açıqlamasında sözügedən ərazidə ağacların qurudulması və kəsilməsi ilə bağlı Nazirlik tərəfindən artıq bir müddət əvvəl tədbir görüldüyünü bildirib.

Onun sözlərinə görə, həmin əraziyə Nazirliyin əməkdaşları tərəfindən baxış keçirilib və araşdırma aparılıb. “Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci km-də yaşıllıq ərazidə 21 şam ağacının qəsdən qurudulması, aşması və kəsilməsi faktı aşkar edilib. Məlum olub ki, ərazidə “Xalq city” MTK tərəfindən tikinti işləri aparılır. Faktla bağlı akt tərtib edilib və təbiətə 8240 manat məbləğində ziyan hesablanıb”.

F.Əliyev qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi, təqsirkarlara qanunvericilik çərçivəsində cəza tədbirlərinin təyin edilməsi üçün toplanmış materiallar Abşeron Şəhər Prokurorluğuna göndərilib.

Nazir müavini bildirib ki, ərazi Nazirlik tərəfindən nəzarətə götürülüb və bioloji inkişafda olan ağaclara zəruri aqrotexniki qulluq göstərilməsi, qurumuş ağacların yerinə yenilərinin əkilməsi barədə tapşırıq verilib”.
Oxunub: 257
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10