Mehriban Əliyeva Gürcüstan Prezidenti ilə görüşüb – FOTO

gundem / Siyasət 27-02-2019, 20:09
Mehriban Əliyeva Gürcüstan Prezidenti ilə görüşüb – FOTO

Fevralın 27-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

“Report” xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilini Azərbaycanda görməkdən məmnunluğunu bildirən Birinci-vitse prezident Mehriban Əliyeva bu səfərin dost ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycana səfərindən şad olduğunu deyən Prezident Salome Zurabişvili burada keçirilən görüşlərin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Oxunub: 261
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10