backend

ŞÖBƏ MÜDİRİ DİREKTORUN OTAĞINA QUMBARA ATDI – Azərbaycanda ŞOK hadisə

ŞÖBƏ MÜDİRİ DİREKTORUN OTAĞINA QUMBARA ATDI – Azərbaycanda ŞOK hadisə

Sumqayıtda işdən çıxarılan şöbə müdiri direktorun otağına qumbara atıb. Hadisə bir neçə gün öncə baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, Sumqayıtda yerləşən “Azkompozit” MMC şirkətinin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələn həmin idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Aslanov R.Baxşəliyevdən onu əvvəlki işinə bərpa etməyi tələb edib.

Direktor yox cavabı verəndən sonra Ş.Aslanov onu döyüb.

Daha sonra Ş.Aslanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxararaq direktorun otağına ataraq partlatmağa çalışıb. Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib.

Hadisə yerinə gələn polislər Ş.Aslanovu tutub. Onun barəsində Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb. (Demokrat.az)