backend

"Avropa Rusiya ya müharibə elan etməlidir, ya da..."

"Avropa Rusiya ya  müharibə elan etməlidir, ya da..."

















Rusiya şənbə günü Avropa İttifaqını Moskvaya qarşı sanksiyaları dayandırmağa çağırıb

Rusiya rəhbərliyi bunun müqabilində Avropa İttifaqından ərzaq idxalına qoyulmuş əks-sanksiyaları dayandırcağını vəd edib.
Lakin Moskvaya qarşı yeni sanksiyaların tətbiqinə başlayan Avropa İttifaqı Rusiyanın bu ricasını kifayət qədər sərt şəkildə rədd edib.
Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı enerji, bank və müdafiə sektorları kimi mühüm sahələri əhatə edən sanksiyalarını Moskvanın Ukraynanın şərqində separatçı hərəkatlara dəstəyinə, habelə Krımın ilhaqına görə iyul ayından tətbiq etməyə başlayıb.
Rusiyanın “siyahı barteri”

Rusiyanın “İnterfax” xəbər agentliyi xarici işlər nazirinin müavini Aleksey Meşkova istinadən bildirir ki, Moskvanın Avropadan etdiyi yeganə rica “bu mənasız sanksiyalar silsiləsinin dayandırılması və qara siyahıların ləğvidir”.
Cənab Meşkov deyib ki, Moskva bunun müqabilində özünün tərtib etdiyi “qara siyahını” ləğv etməyə hazırdır.
Mətbuat yazır ki, Moskvanın son müraciəti, Avropa İttifaqı noyabrın 2-də Ukraynanın şərqində qanunsuz seçkilərin keçirilməsini təşkil etmiş 13 separatçı ukraynalıya qarşı sanksiyalarını elan etdikdən sonra səslənib.
Separatçılıq edən bu 13 şəxsə qarşı mülkiyyətlərinin dondurulması və səfər qadağanı kimi sanksiyalar irəli sürülüb.
Junker “müharibə” deyib...

Avropa Komissiyasının yeni rəhbəri Jan-Klod Junker deyib ki, Rusiya mart ayında Ukraynanın Krım regionunu ilhaq etməklə Avropanı iki variant qarşısında qoyub: ya Rusiyaya qarşı müharibəyə başlamaq, ya da ona qarşı iqtisadi sansksiyalar tətbiq etmək.
“Əgər siz müharibə istəmirsinizsə, yeganə mümkün olan variant sanksiyalardır” – deyə Junker Lüksemburqdakı RTL radiosu vasitəsilə Rusiyaya xitab edib.
Avropa Komissiyasının rəhbəri bildirib ki, Rusiya regionda həqiqətən də sülhün bərqərar olması istiqamətində hərəkət etmədikcə, bu sanskiyalar qüvvədə saxlanacaq.