backend

İlham Əliyevdən müraciət

İlham Əliyevdən müraciət






















“Əhalinin əksəriyyəti genişzolaqlı internet istifadəçisidir”.

Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq 20-ci “BakuTel–2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarına müraciət ünvanlayıb.

qaynarxett.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycan Beynəlxalq 20-ci “BakuTel–2014” telekommunikasiya və informasiya texnologiyaları yubiley sərgisi və konfransının işinə müvəffəqiyyətlər arzulayıb:

"Son illər gerçəkləşdirilən mühüm layihələr Azərbaycanın dayanıqlı və şaxələnmiş iqtisadi potensialını daha da gücləndirmişdir. Ölkə iqtisadiyyatının prioritet hədəflərdən olan informasiya-kommunikasiya texnologiyalarının inkişafında yüksək göstəricilər əldə edilmişdir və indi əhalinin əksəriyyəti genişzolaqlı internet istifadəçisidir.

“Azərspace–1” ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəticəsində kosmik ölkələr sırasına qoşulan ölkəmizin təşəbbüskarı olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qətnamələri ilə dəstəklənib və mərhələlərlə reallaşdırılmaqdadır. İnformasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli Strategiyanın qəbul edilməsi dövlətimizin bu sahədə siyasətinin ardıcıl xarakter daşıdığının bariz nümunəsidir".

Prezident bildirib ki, “BakuTel” sərgi və konfransı artıq öz uğurlu fəaliyyətinin 20 illiyini qeyd edir:

"Bu ənənəvi tədbiriniz ötən dövr ərzində qabaqcıl texnoloji nailiyyətlərin və yeniliklərin təqdimatına, biznes əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə və eləcə də ölkəmizlə yaxından tanışlığa imkan verən tribunaya çevrilib. Şərqlə Qərb və Şimalla Cənub arasında körpü təşkil edən Azərbaycanın tarixi İpək Yolunun virtual məkana keçirilməsinə dair təşəbbüsü mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib.

İnanıram ki, sərgi və konfrans çərçivəsində aparacağınız səmərəli müzakirələr qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə töhfələr verəcək".