backend

Terrorçular Opra Uinfrini partlatmaq istəyiblər

Terrorçular Opra Uinfrini partlatmaq istəyiblər






















Terror aktının hazırlanmasında ən azı altı nəfər iştirak edib.

2009-cu ildə terrorçular amerikalı teleaparıcı Opra Uinfrinin Çikaqo studiyasını partlatmaq istəyiblər.

qaynarxett.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi dekabrın 1-də Judicial Watch Amerika hüquq mühafizə ictimai təşkilatı bildirib.

Terror aktının hazırlanmasında ən azı altı nəfər iştirak edib, onlardan ikisi sərxoş halda avtomobil idarə etdikləri üçün həbsxanadadırlar. Təşkilatın məlumatına görə, cinayətkarlar həm də Sears Tower göydələnində terror aktı həyata keçirmək istəyiblər, o dövrdə həmin göydələn ABŞ-ın ən hündür binası idi.

Ekstremistlər ABŞ-ın İraq və Əfqanıstanda hərbi kampaniyalarına qarşı etiraz əlaməti olaraq partlayışlar törətmək istəyirdilər. Terrorçular partlayıcını Çikaqoya furqonda çatdırmalı idilər, amma hüquq mühafizə orqanları hücumun qarşısını ala biliblər.

Çikaqo telestudiyasında ABC kanalında 1990-cı ildən 2011-ci ilə qədər milyonlarla tamaşaçı toplayan Opri Uinfrinin şousu çəkilib.