backend

YAP deputatı Bakıda Rəsulzadəyə heykəl qoyulmasından danışdı

YAP deputatı Bakıda Rəsulzadəyə heykəl qoyulmasından danışdı

"Məmməd Əmin Rəsulzadə Azərbaycan tarixində görkəmli yer tutmuş xadimlərdən biridir. Azərbaycançılığın, müstəqillik ideyalarının qorunub saxlanmasında xidməti olan insanlardan biridir”.

Bu sözləri Yeni Azərbaycan Partiyasının deputatı Aydın Mirzəzadə Bakupost.az-a açıqlamasında deyib.

O, Bakıda Rəsulzadəyə heykəl qoyulması məsələsinə münasibət bildirib.

A.Mirzəzadə deyib ki, zaman-zaman tarixdə xidmətləri olan insanların heykəlləri də qoyulur, adlarına təqaüdlər də verilir və s., Rəsulzadəyə heykəl qoyulmasının da zamanı gələcək: "Heç kəsin xidməti unudulmur. Mənə elə gəlir ki, Məmməd Əmin Rəsulzadəyə də Bakıda heykəl qoyulmasının da zamanı var”.