backend

“OBYEKTİN SAHİBLƏRİ DÖVLƏT QARŞISINDA CAVAB VERƏCƏK” – PA rəsmisi

“OBYEKTİN SAHİBLƏRİ DÖVLƏT QARŞISINDA CAVAB VERƏCƏK” – PA rəsmisi

“Prezidentin tapşırığı ilə hər birinizə dəymiş ziyan dövlət tərəfindən ödəniləcəkdir”. “AzPolitika.info” xəbər verir ki, bunu “Diqlas” Ticarət Mərkəzində yanğında zərərçəkən icarədarlar ilə növbəti görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov bildirib.

Hüseyn Mövsümov qeyd edib ki, zərərçəkənlərin və dövlət qurumlarının iştirakı ilə komissiya yaradılacaqdır:

“Cənab Prezidentin tapşırığı nədən ibarətdir – “burada hər şey ədalətlə olmalıdır”. Bunun üçün sizin və dövlət qurumlarının iştirakı ilə komissiya yaradılacaq. Komissiya baxış keçirməli, hesablama aparılmalıdır. Dəymiş ziyan hər bir şəxs tərəfindən müəyyənləşdirilməlidir. Amma burada sui-istifadə hallarına yol vermək olmaz. Siz hamınız əhmətkeş insanlarsınız. Kimin nə qədər malı yandığını obyektiv şəkildə bildirsin. Dünən mən də Facebook-da baxdım, biri deyir mənim “1 milyonluq”, biri deyir “500 minlik” malım var idi. Gərək hamı halal olsun, halallıqla olsun, dədə-baba qaydaları ilə olsun. Aldatmaq cəhdi yolverilməzdir. Səbrli olun. Dövlət sizin yanınızdadır”.

“OBYEKTİN SAHİBLƏRİ DÖVLƏT QARŞISINDA CAVAB VERƏCƏK” – PA rəsmisi

“Azadlıq” radiosunnun məlumatına görə, H. Mövsümov bildirib ki, prezidentin tapşırığı ilə hər bir vətəndaşa dəyən ziyana görə dövlət tərəfindən kompensasiya ödəniləcək: “Bunun üçün komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq. Dövlət ziyanı sizə ödəyəcək, növbəti mərhələdə isə həmin obyektin sahibləri dövlət qarşısında cavab verəcək”.

Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov isə deyib ki, yaxın günlərdə komissiya üzvlərinin iştirakı ilə “Diqlas”a baxış keçiriləcək.

“OBYEKTİN SAHİBLƏRİ DÖVLƏT QARŞISINDA CAVAB VERƏCƏK” – PA rəsmisi

Görüş başa çatandan sonra Ticarət mərkəzinin idarəçilərindən biri İcra Hakimiyyətinin qarşısında gözləyən icarədarlara dəymiş zərərin ödəniləcəyini, heç kimin kənarda qalmayacağını bildirib. Deyib ki, komissiya tez bir zamanda siyahı tərtib edərək zərəri hesablayacaq.

Qeyd edək ki, “Diqlas” Ticarət Mərkəzində 1000-ə qədər mağazanın olduğu bildirilir. İcarəçilərə dəyən zərər isə bir neçə min manatdan bir neçə yüz min manata qədər dəyişir. Ötən gün “Diqlas”ın idarəçilərindən biri-Araz adlı şəxs ticarətçilərin qarşısına çıxıb və deyib ki, obyektin əsl sahibləri ilə görüşməyə gedir. Və danışıqların nəticəsini sahibkarlara çatdıracaq. Habelə məlum olub ki, “Diqlas” Ticarət Mərkəzi əslində iki yerə bölünüb, yəni iki sahibi var. Mətbuatda yayılan məlumatlara görə ticarət mərkəzinin sahiblərindən biri keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovdur.