backend

SON ANDA!!! CHP namizədi öndədir, Ərdoğan isə təslim olmur - İstanbul savaşı GƏRGİNLƏŞİR

SON ANDA!!! CHP namizədi öndədir, Ərdoğan isə təslim olmur - İstanbul savaşı GƏRGİNLƏŞİR

Türkiyədə ötən gün baş tutan bələdiyyə seçkilərində şəhərlər üzrə nəticələr bilinsə də, ölkənin sənayət paytaxtı İstanbulda müəmma davam edir.

Bakupost.az-ın xəbərinə görə, rəsmi olmayan rəqəmlərə görə, Millət İttifaqının CHP-li namizədi Əkrəm İmamoğlu 28 min səs fərqlə seçkilərin qalibidir. Lakin ötən gecədən bəri seçkinin nəticələrini açıqlayan Anadolu Agentliyi və Yüksək Seçki Komissiyası nəticələri rəsmi olaraq açıqlamır.
İqtidara yaxın Dəmirörən Media isə Əkrəm İmamoğlunun seçkini öndə apardığını açıqlayıb.

Belə ki, Dəmirörən Mediaya daxil olan "DHA” Agentliyi YSK-ya istinadən İmamoğlunun öndə olduğunu açıqlayıb. Agentliyin yaydığı məlumatda bildirilir ki, indiyə qədər səslərin 99,69 faizi sayılıb və səslərin 48,80 faizini qazanan CHP namizədir öndədir. AKP namizədi Binalı Yıldırım isə 48,48 səs toplayıb. İki namizəd arasında fərq 27 bin 371 səsdir.

Türkiyə mediası yazır ki, bu rəqəmlərə rəğmən AKP iqtidarı İstanbulda Binəli Yıldırım qalib gəldiyinə dair plakatlar asır. Eyni zamanda bildirilir ki, iqtidar keçərsiz hesab edilən 230 mindən çox səsin yenidən sayılması üçün YSK-ya etiraz müraciəti edəcək.

Onu da bildirək ki, ötən gecə ənənəvi "balkon çıxışı” edən Ərdoğan da üstüörtülü şəkildə İstanbuliu uduzduqlarını etiraf etmişdi.