backend

İmamoğlu da son rəqəmi açıqladı - İstanbul mübarizəsi

İmamoğlu da son rəqəmi açıqladı - İstanbul mübarizəsi

Seçki bitib, bunlar nəyi iddia edirlər? Uduzmağı bacarsalar, başqa cür davranardılar.

Axar.az xəbər verir ki, bu sözləri İstanbul bələdiyyə seçkilərində qeyri-rəsmi nəticələrə görə qalib gələn CHP-çi Əkrəm İmamoğlu deyib.

“Hazırda aramızdakı fərq 18 min 445 səsdir. Bizə də, rəqibimizə də səs çıxır. Ən pis halda fərq 17 minə enəcək”, - deyə İmamoğlu bildirib.

***
Ə.İmamoğlu etibarsız səslərin sayılması ilə bağlı son vəziyyəti Tvitter mikrobloqunda paylaşıb.

O bildirib ki, yerli vaxtla 19:40-a olan məlumata görə, hazırda iddia edilən səslərin 38 faizinin təkrar sayımı başa çatıb və onun aldığı səs hazırda B.Yıldırımdan 18.223 səs çoxdur.

Qeyd edək ki, namizədlər arasındakı fərq səslər təkrar sayılmazdan öncə 29 min idi.