backend

“Dost iş” Mərkəzi MMC hec bir ay kecməmiş 40 nəfəri işdən qovdu - PREZİDENTƏ MÜRACİƏT!

“Dost iş” Mərkəzi MMC hec bir ay kecməmiş 40 nəfəri işdən qovdu - PREZİDENTƏ MÜRACİƏT!

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə

Surəti: Azərbaycan Respublikası Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikası Prezident Administrasiyasınn rəhbəri cənab Ramiz Mehdiyevə

Surəti: “Qaynar TV” informasiya agentliyinin rəhbəri Ədalət Nəbiyevə

Surəti: “Bölgə xəbər” xəbər portalının rəhbəri Vasif Turana

Surəti: “Meydan TV” rəhbəri Emin Milliyə

Şamaxı rayon sakinləri Burcalıyev Vasif, Babayev Əbülhəsən, Ağayev Raqib tərəfindən

ƏRİZƏ

Cənab Prezident, biz yuxarıda adları qeyd olunanlar Sizin fərmanınızla yaradılmış “Dost iş” Mərkəzi MMC-də sosial yönümlü işlərlə bağlı işə qəbul olunmuşuq. Amma işə başlayanda isə bunun tamam əksini gördük. Bizləri hər vəchlə Şamaxıda sökülən evlərin söküntüsünə, bağlarda yəni, ayrı-ayrı şirkətlərə məxsus üzüm bağlarında işləməyə məcbur etdilər Biz bunun yolverilməz olduğunu bildirdikdə özünü Şamaxının qeyri-rəsmi başçısı hesab edən Yaqub adlı şəxs işlərə əsasən özünün nəzarət etdiyini bildirərək bizləri hər vəchlə bu işlərdə işlədəcəyini, əks təqdirdə isə işdən qovacağını bildirdi. Bir neçə gün öncə isə zəng vuraraq 40 nəfərin bizlərlə icində olmaq sərti ilə işdən qovulduğumuzu bildirdilər. 40 nəfərin hamısı maddi cəhətdən çətinlik çəkən insanlardır. Bizdə olan məlumata görə onlar məşğulluq mərkəzinin direktoru Ceyhun Səmədova da işçilərin qovulması ilə əlaqədar təkliflər olunsada o, bu işdən imtina etmişdir.

Cənab Prezident, Sizdən xahiş edirik ki, humanistliyinizi göstərərək işdən qovulmağa məhkum olunmuş bu şəxslərin işə bərpasına köməklik göstərəsiniz. Dərin təşəkkür hissi ilə


1. Burcalıyev Vasif
2. Babayev Əbülhəsən
3. Ağayev Raqib