backend

Livan hərbçiləri İŞİD liderinin ailəsini saxlayıb

Livan hərbçiləri İŞİD liderinin ailəsini saxlayıb






















Saxlanılan şəxslər dindirilməyə göndərilib.

Livan hərbçiləri “İslam dövləti” (İŞİD) ekstremist qrupunun rəhbəri Abu Bəkr əl-Bağdadinin həyat yoldaşı və oğullarından birini tutublar.

qaynarxett.az İnterfaks-a istinadən xəbər verir ki, onlar Livan və Suriya sərhəddində saxlanılıblar.

Livan KİV-nin məlumatına əsasən xüsusi əməliyyatda qərb ölkələrinin mütəxəssisləri iştirak ediblər.

Saxlanılanları dindirilməyə aparıblar. Əl-Bağdadinin qohumları saxta sənədlərlə sərhəddi keçmək istəyiblər.

2014-cü ilin yayında “İslam dövləti” qruplaşması Suriya və İraqın ərazisində xilafət yaradılmasını elan ediblər. İD yaraqlıları mütəmadi olaraq internetdə əsirlərlə vəhşi davranışlarının əks olunduğu videolar yayırlar.

KİV Əl-Bağdadini “Usamə Ben Ladenin əsl xələfi” adlandırır, o öz radikallığı və qəddarlığı ilə məşhurdur, TASS xatırladır.

Onun rəhbərlik etdiyi qrupun terrorçu fəaliyyəti nəticəsində İraqda minlərlə dinc sakin həlak olub. Əl-Bağdadi özünü Məhəmməd peyğəmbərin varisi elan edib.