backend

ŞAKİR İMANOVUN YUXARI QARABAĞ KANALINDA DƏHŞƏTLİ “ƏMƏLİYYAT”LARI- ARAŞDIRMA

ŞAKİR İMANOVUN YUXARI QARABAĞ KANALINDA DƏHŞƏTLİ “ƏMƏLİYYAT”LARI- ARAŞDIRMA

Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov elə bir talanla məşğuldur ki, səsi ərşə qalxıb

Cahan.info-nun əldə etdiyi məlumata görə, Ş.İmanov ciddi maxinasiyalarda ittiham olunur. Sosial şəbəkələr belə ondan danışırlar.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində olan bu idarədə korrupsiya olması işləri heçə endirir.

Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin keçirdiyi tenderlərin əsas qalibi rəisin öz adamlarının nəzarətindəki şirkətlərdir. Tenderdə qalib gələn şirkətlər vəsaitlərin bir hissəsini idarə rəhbərinin özünə qaytarırlar.

Bu barədə mozalan.az yazıb ki, nəzərdə tutulan layihələrin keyfiyyət göstəriciləri aşağı düşür. Kanal hazırda nasaz vəziyyətdədir, təsərrüfatlara su lazımi səviyyədə çatdırılmır.

Bu səbəbdən Yuxarı Qarabağ kanalında tez-tez sızma baş verir. Bu da ətraf torpaqların şoranlaşmasına səbəb olur.

Cahan.info yazır ki, Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinə inşaat mallarının, torpaq qazan mexanizmlərin və avtomaşınların ehtiyyat hissəslərinin alınması üçün yüz min manatlarla vəsait ayrılıb.

2016-cı ildə torpaq qazan mexanizmlərə ehtiyat hissələrinin satın alınması üçün 264 min manatdan artıq, inşaat materiallarının satın alınması üçün isə 192 min manatdan artıq, avtomaşın üçün ehtiyat hissələrinin satın alınması üçün isə 21 min manatdan artıq büdcə vəsaiti sərf olunub.

Torpaq qazan mexanizmlərə ehtiyat hissələrinin və inşaat materiallarının satın alınması üçün ümumilikdə sərf edilən 457 min manatlıq maliyyə əməliyyatı İlqar Qasımov adlı şəxsin direktor olduğu, hüquqi ünvanı Yevlax şəhəri, Nüşabə küçəsi ev 52-də yerləşən “Ticarət-11” MMC ilə aparılıb.

“Ticarət-11” MMC-i adlı şirkəti də, İlqar Qasımov adlı iş adamını da heç kim tanımır. Şakir İmanov 457 min manatlıq əməliyyatı “Ticarət-11” MMC-ilə nə üçün edib?

Bundan əvvəl idarə rəisi İlyas Səfərov oranı çapıb talayırdı. Mediada yazılanlara görə, 7 rayonda şöbəsi olan və Yevlax rayonunda yerləşən yuxarı Qarabağ İstismar İdarəsində 300 yaxın işçi işləyir.

Lakin Şakir İmanov əlindəki maliyyə imkanlarından, bir çox məmurlarla əlaqələrinə güvənərək özbaşınalıq edir. Bildirilir ki, dövlət tərəfindən işçilərə verilən əmək haqqların bir hissəsi çox vaxt müdir tərəfindən kəsilir.

Həmçinin onlar üçün nəzərdə tutulmuş məzuniyyət ümumiyyətcə ləvğ olunub. Halbuki rəis özü və idarədə işləyən qohumları aylarla məzuniyyətə çıxaraq müxtəlif ölkələrə istirahətə gedirlər.

İdarə işçiləri qeyd edirlər ki, Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən onlar üçün ayrılan yardımlar, əlavə maliyyə mükafatları yalnız Ş.İmanovun qohumlarına verilir.

Onlar illərdir bu idarədə canlarını qoymalarına baxmayaraq idarə müdiri onları açıq şəkildə istismar edir və onların hüququnu kobud şəkildə pozur.

Bir qayda olaraq Meliorasiya və Su təsərrüfatı ASC tərəfindən idarəmizin balansında olan texnikaların və maşınların təmiri, işlək hala salınması üçün verilən yüz min manatlarla vəsaitlərin böyük bir hissəsi İlyas Səfərov tərəfindən mənimsənilir.

İdarə müdiri ay ərzində texnikalara ən azı 7-8 qəbz yazmaqla tonlarla yanacaq pulu silir. Halbuki Yuxarı Qarabağ kanalının hansı vəziyyətdə olması hər kəsə məlumdur.

İdarə müdirinin əsas qazanc mənbəyi adı olub, özü olmayan işçilərina adına yazılan əmək haqqı, büdcədən inşaat materiallarıdır.

Həmçinin, torpaqqazan mexanizmlərinin ehtiyyat hissələrinin alınması üçün ayrılan vəsaitlər və Qarabağ kanalına sahibkarlar tərəfindən qanunsuz su borularının gizli şəkildə atılmasındandır.

Qarşı tərəfi dinləməyə hazırıq.