backend

Bakıda yol polisi “erməni” sözünə görə məhkəməyə üz tutdu – FOTO

Bakıda yol polisi “erməni” sözünə görə məhkəməyə üz tutdu – FOTO
























“Mənə dediyiniz kəlməni sizə yedizdirəcəyəm!”.

Noyabrın 24-də Bakıda yol polisi ilə sürücü arasında yaranan narazılıq sonradan böyük qalmaqala çevrilib.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, hadisə saat 14 radələrində Əhməd Cavad küçəsilə Zərgərpalan küçəsinin kəsişməsində baş verib. İnsident zamanı vətəndaş yol polisi zabitini təhqir edib.

Yol polisi də öz növbəsində həmin vətəndaş barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.

Baş verən insidentlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi Dövlət Yol Polisi İdarəsinin tağım komandiri, polis kapitanı Natiq Bahadur oğlu Mövlayev baş verən hadisə barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, qayda pozan sürücünün atası onu təhqir edib.

Belə ki, 1989-cu il təvəllüdlü Zaur Azad oğlu Əliyev idarə etdiyi “Volkswagen” markalı, 10 VT 008 nömrə nişanlı avtomobili qadağan edilmiş yerdə saxlayıb. Bununla bağlı yol polisi əməkdaşı sürücüyə xəbərdarlıq edib. Lakin sürücü yol polisinin xəbərdarlığına məhəl qoymayıb və maşını yerindən tərpətməyib. Uzun mübahisədən sonra yol polisi sürücünün vəsiqəsini tələb edib. Sürücü isə polisin tələbinə də məhəl qoymayıb və atasına zəng vurub.

Hadisə yerinə sürücünün atası 1957-ci il təvəllüdlü Azad Məlikməmməd oğlu Əliyev gəlib. O, yol polisinə deyib ki, həmin yerdə yaşayırlar və maşını yerindən tərpətməyəcəklər. Yol polisi isə həmin şəxsdən vəsiqəsini tələb etdikdə təhqirlə üzləşib.

“Gələn kimi qışqıra-qışqıra dedi ki, bu mənim oğlumdur. Sən məni tanımırsan. Sənin başına oyun açacam. Get, işinlə məşğul ol. Bizim hüzürümüz var. Maşını da yer olmadığı üçün burda saxlamışıq. Mən də dedim ki, maşının saxlanması piyadaların hərəkətinə mane olur. Kişi də əvəzində məni təhqir etdi. Ermənisiniz, müsəlman deyilsiniz dedi. Nə bilirsən elə. Yol polisisən, uzağı cərimə yazacaqsan. Əlindən nə gəlir elə dedi. Mən də, dedim ki, mənə dediyiniz erməni kəlməsini sizə yedizdirəcəyəm”, - deyə Natiq Mövlayev bildirib.

Bu səbəbdən də, Natiq Mövlayev onu təhqir edən Azad Əliyev barəsində Səbail rayon Prokurorluğuna şikayət edib. Yol polisi deyir ki, həmin şəxs barəsində ona bir çox vəzifəli şəxs müraciət edib. Onlar yol polisinin şikayətini geri götürməsini istəyiblər. Lakin Natiq Mövlayev insanların içində ona “erməni” deyən şəxsin cəzalandırılmasını istəyir.

“Mən həmin sürücünün sənədlərini də aldım. Maşını cərimə meydançasına göndərdim. Onun barəsində protokol da tərtib etdim. Adam Allaha xatir düz deməlidir. Sürücü mənə kobud heç nə demədi. Lakin atası məni təhqir etdi. Onun barəsində lazımi tədbir görülməlidir”.

Faktla bağlı araşdırma aparılır.

Bakıda yol polisi “erməni” sözünə görə məhkəməyə üz tutdu – FOTO