backend

“BU, XALİDƏ XANIMIN SƏSİDİR…” – İcra başçısının müavininə ağır ittihamlar

“BU, XALİDƏ XANIMIN SƏSİDİR…” – İcra başçısının müavininə ağır ittihamlar
Röya da icra başçısının müavinini ittiham etdi - “Uşağı xəstəxanaya aparmaq əvəzinə…”

Əməkdar artist Röya Ayxan da 162 saylı məktəbin intihar edən 8-ci sinif şagirdi Elina ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, Röya Elinanın son video görüntüsünü paylaşıb və onu sorğu-sual edən şəxsin Səbail rayon İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Xalidə Bayramova olduğunu iddia edib:

“Əgər müğənnilik və eşitmə duyumuma güvənirəmsə, bu, çoxlarının tanıdığı Xalidə xanımın səsidir – Səbail rayonu icra başçısının müavinidir. Ay gözəl xanım, bu sualların yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya aparmaq əvəzinə, şəraiti soruşursunuz. Mən də belə böyüdüm. Beşinci sinifdə məktəb direktorunun ayaqabbısını geyinib, dərsə getdim. Çox şükür ona və o günə. Boşanan ailənin qızı idim. Çox şükürlər olsun ki, bu sualları yağdırana əyilmədim. Bəyənməsələr də, ayaqda qalıb, şəxsiyyət oldum. Amma hamı güclü deyil. Baxmayaraq ki, hərdən buna siz məcbur edirsiniz”.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, Elina Hacıyevanı şok vəziyyətində sorğu-suala tutan şəxs məktəbin direktoru Sevinc Abbasovanın yaxın rəfiqəsi, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovadır.
“BU, XALİDƏ XANIMIN SƏSİDİR…” – İcra başçısının müavininə ağır ittihamlar
Xanım Bayramova 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Səbail rayon təşkilatının sədr müavini, Respublika Uşaq Fondu Səbail rayon şöbəsinin sədridir. «Ziyalı Qadınlar Klubu»nun təsisçisi və sədridir.

Mediada yayılan məlumatagörə, onun hamıdan əvvəl hadisə yerinə yetişməsi təkcə rəfiqə olmasından irəli gəlmir, həm də uşaqlarla işlədiyi deyilən bir fondun şöbə sədri olmasıyla bağlıdır. Xalidə Bayramova hadisəni rəsmiyyətə tökməzdən, yəni məktəbə təcili yardım çağırmazdan 2 saat əvvəl orada olub

“Adının açıqlanmasını istəməyən məktəb yetkilisinin sözlərinə görə, öncə uşaqlar hadisə yerindən uzaqlaşdırılıb və Elina Hacıyeva direktorun otağına aparılıb, orada divana uzandırılıb. Yəni, videogörüntüdəki divan əslində məktəb direktorunun otağındadır. Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb. Mənbə deyir ki, məqsəd uşağın ailəsindəki problemlər ucbatından intihar etdiyini göstərmək olub. Elə Elinaya verilən suallar da deyilənləri təsdiqləyir. Belə ki, Xalidə Bayramova yeniyetmədən anasıyla nə vaxt dalaşdığını, münasibətlərinin necə olduğunu və s. soruşur” – deyə məlumatlarda bildirilir.

Başqa bir mənbə isə iddia edir ki, sosial şəbəkələrdə yayımlananlar videonun tam versiyası deyil. Xalidə Bayramova çəkdiklərinin yalnız bir qismini uşağın yaxınlarına təqdim edib, sonradan kimlər tərəfindənsə müəyyən görüntülər yayımlanıb.

Məlumatlarda o da bildirilir ki, ilk günlər məhz Xalidə Bayramovanın istəyi ilə bütün telekanallara mövzunun işıqlanndırılmaması tapşırığı verilib. Hətta Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin bu mövzu ilə bağlı hazırlıqları yarımçıq saxladılıb.

Aprelin 11-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın intihar məsələsinin araşdırılması ilə bağlı göstəriş verdiyi xəbəri yayıldıqdan sonra telekanalların da hərəkətə keçdiyi deyilir. Artıq televiziyalarda mövzu işıqlandırılıb.

Qeyd olunanlarla bağlı Xalidə Bayramovadan açıqlama almaq mümkün olmayıb.


Qaynarxett.az