backend

Elina can verərkən “inşallah sağ qalmaz” deyən kimdir?

Elina can verərkən “inşallah sağ qalmaz” deyən kimdir?

Aprelin 4-də Bakının 162 saylı orta məktəbinin 3-cü mərtəbəsindən özünü ataraq canına qıyan 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı müzakirələr zamanı yeni faktlar ortaya çıxıb.

“Minval.İnfo” xəbər verir ki, ötən gün “Səni Axtarıram” verilişində Elina Hacıyevanın atası Ədalət Hacıyev qızına göstərilən münasibətlərdən danışıb. Müzakirə zamanı ata qızının özünü pəncərədən atdıqdan sonra direktor otağına aparılmasından və orada sorğu-sual olunmasından danışarkən, bildirib ki, orada olanlardan biri Elinanın ölümünü arzulayan insanlar olduğunu deyib.

“Elina direktor otağında sorğu-sual olunarkən kimsə “İnşallah sağ qalmaz”, deyir”, – deyə ata bildirib.

Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı da bu fikirləri səsləndirən şəxsin kim olduğunun araşdırılmalı olduğunu bildirib. “Videoda “İnşallah sağ qalmaz” deyən səs kimə məxsusdur?”, – deyə soruşub.

Verilişdə olan mütəxəssislər isə bu səsin sahibinin ekspertiza ilə müəyyən edilməsinin mümkünlüyünü bildiriblər.