backend

"Biz Elnur, Elnur o zaman deməliydik" - Gövhər Həsənzadə od püskürdü

"Biz Elnur, Elnur o zaman deməliydik" - Gövhər Həsənzadə od püskürdü




















"Elnurun Elnur olmasını bilmək üçün oramı çıxması lazım idi?”

“Elnurun Elnur olmasını bilmək üçün məhz oramı çıxması lazım idi? Azərbaycanı təmsil etmək məsələsinə gəldikdə isə, dünənki səhnədən yüz dəfə artıq bir səhnədə, bizi tanımayan, musiqimiz haqqında heç bir anlayışı olmayan tamaşaçı qarşısında artıq Elnur Azərbaycanı layiqincə təmsil etmişdi. Biz Elnur, Elnur o zaman deməliydik. 7 il onun ürək ağrısını çəkmişəm, onun arxasında durub dəstəyini verən insan olmuşam, amma görürsünüz ki, heç bir şey əldə edə bilməmişik. Mənim yerimə kim olsaydı, bu gün hamıdan birinci bağıra bilərdi”.

Bu fikirləri Respublikanın əməkdar artisti Gövhər Həsənzadə Elnur Hüseynovun Türkiyədə keçirilən “O səs Türkiyə” yarışmasındakı uğurlu çıxışından sonra cəmiyyətdə dolaşan müxtəlif fikirlərə münasibətini açıqlayarkən söyləyib.

“Mənim üçün ən ağrılı gələn odur ki, Evrovision müsabiqəsindən 7 il keçəndən sonra Elnurun məhz Türkiyədə minlərlə tamaşaçını ayağa qaldırması lazım idimi ki, onun istedadı yada düşsün, xatırlansın. Həmin o Elnur ki Samirlə bərabər Avropa tamaşaçısını 8 il əvvəl ayağa qaldırmışdı, Azərbaycan estrada musiqisi haqqında çox gözəl fikir yaratmışdı, layiqli təmsilçi olmuşdu, bütün bunlar haqqında danışılmır, amma nəyəsə görə, sadaladıqlarım kölgədə qalıb, məhz türk tamaşaçısının, münsiflərin dəstək verməsinə görə, Elnur indi dillər əzbəri oldu. Həmin o Elnurdu da? Heç nə dəyişməyib?”

Elnurun uzun zaman kölgədə qalması ilə bağlı səsləndirilən fikirlərə münasibətini söyləyən bəstəkarın cavabı birmənalı olmadı: “Elnur niyə iş təkliflərindən imtina edir? Nəyə görə Elnur daha layiqli çıxış etmir? Bu barədə heç düşünən olubmu?”

“Buraxdığımız boşluqlar doldurulacaqmı? Elnurla əldə etdiyimiz nailiyyətə bu illər ərzində olan laqeyd münasibətdən sonra mən nə deyim? O bu gün əgər Azərbaycanın musiqisini öz sənətkarlığı ilə sevdirə bilibsə, mən bir vətəndaş kimi fəxr edirəm. Elnurun Elnur olmasını bilmək üçün məhz oramı çıxması lazım idi? Azərbaycanı təmsil etmək məsələsinə gəldikdə isə, dünənki səhnədən yüz dəfə artıq bir səhnədə, bizi tanımayan, musiqimiz haqqında anlayışı olmayan tamaşaçı qarşısında artıq Elnur Azərbaycanı layiqincə təmsil etmişdi. Biz Elnur, Elnur o zaman deməliydik. Bu gün Samir haqqında da söz deyən yoxdur. Niyə heç kimi Samirin harada olduğunu soruşmur? Sabah Samir də hansısa səhnədə çıxış edib uğur qazanacaqsa, onunla bağlı belə bir fikirlər soruşulacaq? 7 il onun ürək ağrısını çəkmişəm, onun arxasında durub dəstəyini verən insan olmuşam, amma görürsünüz ki, heç bir şey əldə edə bilməmişəm. Mənim yerimə kim olsaydı, bu gün hamıdan birinci bağıra bilərdi”.