backend

Kılıçdaroğluna yumruq atan AKP üzvü – “Mən hücum etmədim”

Kılıçdaroğluna yumruq atan AKP üzvü – “Mən hücum etmədim”

CHP lideri Kamal Kılıçdaroğlunun Ankarada qatıldığı şəhid dəfnində uğradığı hücum Türkiyönin gündəm mövzusu olaraq qalır.

Strateq.az bildirir ki, hadisə zamanı CHP liderinə yumruq atan Osman Sarıgünün istindaqa verdiyi qardaş ölkə mətbuatında ifadəsi yayılıb.

O, hadisə zamanı yaranmış vəziyyətin təsiri altında belə bir addım atdığını deyib.

İstinatq onun terror qruplaşması ilə heç bir əlaqəsinin olmadığını da üzə çıxarıb.

Türkiyə jurnalistləri Osman Sarıgünə məhkəməyə aparılarkən “Niyə hücum etdiniz” sualını veriblər. O, jurnalistlərə “mən hücum etmədim” deyə cavab verib.

Xatırladaq ki, Osman Sarıgün AKP üzvüdür. Partiya bu hadisədən sonra onun sıralarından xaric ediləcəyini bəyan edib.

Onu da qeyd edək ki, məlum hadisə ilə bağlı 6 nəfər həbs edilib.