backend

Bakıda daha bir arxitektura incisini dağıtmağa hazırlaşırlar

Bakıda daha bir arxitektura incisini dağıtmağa hazırlaşırlar

Bakıda, H.Z.Tağıyev küçəsi 18-22-də yerləşən, XIX sonunda və XX əsrin başlanğıcında tikilmiş binanı uçurub yerində “müasir-gözəl yeni tikili” ucaltmağı planlaşdırırlar. Bakının mərkəzində, onun tarixi rayonunda, həm də dar küçələrdə necə nəhəng yeni tikili ucaltmaq olar?

Virtualaz.org xatırladır ki, Bakıda, xüsusən də mərkəzdə, tikintinin aparılması Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsinin icazəsi olmadan mümkün deyil. Belə çıxır ki, Dövlət komitəsi tarixi binanın sökülməsinə və onun yerində yeni tikilinin ucaldılmasına razılıq verib?

Sizə elə gəlmirmi ki, keçmişin əhəmiyyətsiz abidələri haqda informasiyalar yaymaqla, kimlərsə ictimaiyyətin diqqətini həqiqi “memarlıq” cinayətlərindən yayındırmağa çalışırlar?