Ölkənin ən gənc mobil operatoru “Nar” 26-28 aprel tarixlərində paytaxtımızda baş tutacaq "Formula-1 Azərbaycan Qran-Prisi" yarışları zamanı həm yerli, həm də əcnəbi abunəçilərin telekommunikasiya tələblərinə tam şəkildə cavab vermək üçün hazırlıq işlərini başa çatdırıb.
Belə ki, mobil operator sürət həvəskarlarına ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərmək üçün ərazinin şəbəkə testlərini tamamlayıb və şəbəkənin keyfiyyət ölçülərini müəyyənləşdirib.