backend

“ İcra başçısının başı qohumlarına torpaq almağa qarışıb”-Şamaxı sakinləri

“ İcra başçısının başı qohumlarına torpaq almağa qarışıb”-Şamaxı sakinləri














Rayon ziyalıları dövlət başçısından yardım istəyir: “Şamaxı qazsız və işqısız qalıb, camaat soyuqdan donur”

Şamaxıdan olan bir qrup fəal bu gün Prezident İlham Əliyevə müraciət ediblər. Rayonun icra başçısı Asif Ağayevin fəaliyyətindən şikayətçi olan ziyalılar dövlət başçısından kömək umublar.

Şamaxı dağlıq rayon olduğundan burada payız və qış ayları intensiv yağmurlu və soyuq keçir. “Asif Ağayev isə isti otağından bayıra çıxmadan bu soyuğu təsəvvur edə bilməz. Rayonumuzun bir çox massivində hələdə təbii qazın verilişinə nail olunmamışdır. Bu bir yana, heç şəhərin özündədə qaz yoxdur. Təzə salınmış yaşayış massivindəki insanlar artıq soyuqdan donurlar. Rayonun işıq sistemi bərbad vəziyyətdədir. Sutkalarla şəhər və kənd əhalisi işıqsız qalır. Bunlarla yanaşı su-kanalizasiya problemi, yollarımızın bərbad vəziyyətdə olması, ümumiyyətlə rayonda xaos və anarxiyanın hökm sürməsi biz sakinləri olduqca narahat edir”.

Onlar qeyd ediblər ki, Şamaxı RİHB-sı Asif Ağayev sanki bu rayonda heç başçı deyil. “Bu insan hətta idarə müdirlərini belə tanımır. Onun ən yaxşı xobbisi isə rayonun səfalı yerlərində öz yaxınlarının adına köhnə tarixlərə toraq sahələri almaqdır (dəqiq Nağaraxana kəndi ərazisi). Xahiş edirik qeyd etdiyimiz faktlar araşdırılsın”.

Şamaxı ziyalıları müraciətlərində vurğulayırlar ki, rayonda formal katirovka əsasında dövlət vəsaiti, guya, küçələrin cari təmirinə xərclənir (Şəhərin Fələki, Azərbaycan və Qədirli küçələrində guya görülmüş əsaslı təmir işlərinə silinmiş 49.500 manat vəsait araşdırılsın-müəl.) “Amma bunların hamısı yalandır. Daha dəhşətli hallar var və onların araşdırılmasını Sizdən xahiş edirik”.