backend

Azərbaycanda 8 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı YENİ XƏBƏR - FOTO (YENİLƏNDİ)

Azərbaycanda 8 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı YENİ XƏBƏR - FOTO (YENİLƏNDİ)

Göygöl rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

Publika.az xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə Daşkəsən rayon sakinləri olan iki ailənin üzvləri və yaxın qohumları, ümumilikdə 8 nəfər ölüb, 1 nəfər yaralanıb.

Qəza zamanı yaralanan, 1991-ci il təvəllüdlü Ruhiyyə Ramiz qızı Həsənovanın müalicəsi isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinədə davam edir və vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.

Artıq ölənlərin hamsı meyiti ailəsinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (nəqliyyatda iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

***

Göygöl rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

"Report"un məlumatına görə, onlardan ikisi uşaq, dördü qadın, ikisi isə kişidir.

***

Göygöl rayonunda ağır yol qəzası baş verib.

Publika.az Report-a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üç nəfər hadisə yerində ölüb, bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qəzada xəsarət alanların olduğu da bildirilir.

Faktla bağlı araşdırma aparılır.