backend

Türkiyədə F-16 qırıcıları ilə bağlı əhaliyə - Xəbərdarlıq

Türkiyədə F-16 qırıcıları ilə bağlı əhaliyə - Xəbərdarlıq

Aprelin 30-da Ankarada F-16 hərbi təyyarələrinin 1 saatlıq uçuşu həyata keçiriləcək. Uçuş zamanı səs normadan yüksək olacaq.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Ankara şəhərinin Valiliyi əhaliyə müraciətində bildirib.

Müraciətdə qeyd edilir ki, səhər saatlarında reallaşdırılacaq uçuş zamanı səsin normadan yüksək olmasından dolayı əhali təşvişə düşməsin.