backend

Firəngiz Rüstəmova: "Bu nəşr qadınlarımızın stolüstü kitabı olacaq"

Firəngiz Rüstəmova: "Bu nəşr qadınlarımızın stolüstü kitabı olacaq"

Ötən gün "Azərkitab" Kitab Təbliğatı Mərkəzində əməkdar jurnalist, Lider Televiziyasının əməkdaşı Mətanət Ağamirlinin aparıcılığı ilə maraqlı təbdir baş tutub.

Open.az xəbər verir ki, tanınmış həkim-ginekoloq Firəngiz Rüstəmova və həkim-fitoterapevt Fuad Mahmudovun "Qadın xəstəliklərinin müalicəsində dərman bitkilərinin rolu" kitabı geniş oxucu kütləsinə təqdim olunub.

Təqdimat mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkilləri Dilarə Cəbrayılova, Sona Əliyeva, YAP Qadınlar Şurasının idarə heyətinin üzvü Zərifə Quliyeva, tibb üzrə fəlsəfə doktoru Gülnarə Sultanqızı, əməkdar həkim Arzu Məhərrəmova, AGAT sədri Nərgiz Xələf, tanınmış ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edib.

Kitabın müəlliflərinin fikrinə görə bir çox xəstəliklərin müalicəsi dərman bitkiləri ilə mümkündür. Qədim zamanlardan dərman bitkiləri ilə müalicə mövcud olub.

Müəlliflər kitabın yazılmasında əsas məqsədin bitkilərin insan orqanizmində yeri və faydalarını hər kəsə, xüsusilə də qadınlara anlatmaq olduğunu vurğulayıblar.

"Bu nəşr hər bir qadının stolüstü kitabına çevrilməlidir. Cəmiyyətdə qadınlar sağlam olmalı və sağlam həyat tərzi sürməlidirlər. Sağlam qadın, sağlam anadır. Ümumiyyətlə, biz hamımız bilirik ki, qədimdə xalq təbabəti, bitkilərlə müalicə geniş yayılıb və bu müalicə metodu 21-ci əsrə qədər gəlib çatıb. Görürük ki, bir çox xəstəliklərin dərman bitkisi ilə müalicəsi mümkün olduğu kimi, bəzi xəstəlikləri dərman bitkiləri ilə müalicə etmək doğru deyil. Ümumdünya Səhiyyə Təşkilatı da bu müalicə üsulu haqqında məlumat paylaşır və müalicəvi xarakterli bitkiləri fitopreparat adlandırır. Kitabı yazmaqda məqsədim bu bitkilərin müalicəvi əhəmiyyəti haqqında cəmiyyəti, xüsusilə də qadınları məlumatlandırmaqdır. Bu kitab vasitəsilə xanımlarımız ginekoloji əməliyyatlardan sonra hansı bitkilərdən istifadə edilməsi lazım olduğunu öyrənəcəklər", - deyə yeni nəşrin müəllifi Firəngiz Rüstəmova bildirib.

Xatırladaq ki, həkim-ginekoloq Firəngiz Rüstəmova bu kitabdan əlavə 3 kitabın müəllifidir.

"Qadın xəstəliklərinin müalicəsində dərman bitkilərinin rolu" kitabının digər həmmüəllifi Fuad Mahmudov Firəngiz Rüstəmovanın doğma qardaşıdır.

Qeyd edək ki, Fuad Mahmudovun "Fitoterapiyanın tarixi" adlı sonuncu kitabı Almaniyada nəşr olunub.

Ülviyyə Həsənqızı

Firəngiz Rüstəmova: "Bu nəşr qadınlarımızın stolüstü kitabı olacaq"

Firəngiz Rüstəmova: "Bu nəşr qadınlarımızın stolüstü kitabı olacaq"

Firəngiz Rüstəmova: "Bu nəşr qadınlarımızın stolüstü kitabı olacaq"