backend

Rusiya təyyarəsi yana-yana eniş etdi: 41 ölü - Şok video

Rusiya təyyarəsi yana-yana eniş etdi: 41 ölü - Şok video

Moskva – Murmansk reysi üzrə uçan sərnişin təyyarəsi göyərtədə baş verən yanğın səbəbindən Şeremetyevo hava limanına geri qayıdıb.

Bu barədə "360” Teleqram kanalı məlumat yayıb.

Enişdən sonra yanğın güclənib və təyyarə bütünlüklə alova bürünüb.

Hadisənin səbəbləri araşdırılır.

***

Fövqəladə Xidmət təmsilçisinin sözlərinə görə, yanğın nəticəsində 6 nəfər xəsarət alıb.

Təyyarədə olan 78 sərnişinin hamısı təxliyə edilib.

Qeyd edək ki, yanan "Aeroflot”a məxsus Superjet-100 təyyarəsidir.

***

"Moskva" agentliyi Fövqəladə Xidmət əməkdaşına istinadla 10 nəfərin öldüyü barədə xəbər yayıb.

RİA isə hələlik bir nəfərin öldüyünü təsdiqləyib.

Şeremetyevo aeroportu müvəqqəti olaraq bağlanıb.

***

TASS-ın məlumatına görə, qəzada ölənlərin sayı 13-ə çatıb.

"Fobos" hava mərkəzinin əməkdaşı təyyarənin yanmasına səbəb kimi şimşək ehtimalını istisna etməyib. O bildirib ki, mühərrik deyil, elektrik naqilləri alışıb və təyyarə enərkən artıq alov hər tərəfi bürüyüb.

***

Rusiya Baş naziri Dmitri Medvedyev Şeremetyova hava limanında baş verən təyyarə yanğını hadisəsinin araşdırılması və zərərçəkənlərə bütün lazımi yardımların göstərilməsi ilə bağlı dövlət komissiyasının yaradılması təlimatını verib.

Bu barədə baş nazirin mətbuat katibi Oleq Osipov ictimaiyyətə açıqlamasında deyib.

O bildirib ki, Medvedyev Nəqliyyat naziri Yevgeni Ditrix və Səhiyyə naziri Veronika Skvorçova ilə əlaqə yaradaraq bu yöndə müvafiq tapşırıqlar verib.

***

Prezident Vladimir Putin yanğında ölənlərin ailə və yaxınlarına başsağlığı verib.

Bu barədə Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

***

Hazırda "Şeremetyevo” aeroportunda 106 aviareys təxirə salınıb.

***

Yanğından sonra təyyarə göyərtəsindəki 28 nəfərin taleyi məlum deyil.

Bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

"Moskva-Murmansk marşrutu üzrə uçuşu nəzərdə tutulan təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 78 nəfər olub. Aparılan istintaq araşdırmalarına görə, hazırda onlardan 37 nəfəri sağ qalıb”, - deyə Petrenko bildirib.

***

Moskva Nəqliyyatda regionlararası istintaq idarəsinin rəisi Yelena Markovskaya qəzada 41 nəfərin öldüyünü təsdiqləyib. O bildirib ki, sağ qalan 37 nəfərdən 4-ü ekipaj üzvüdür.

"28 sərnişin aeroportun terminalındadır, 5 sərnişin isə xəstəxanaya yerləşdirilib”, - o deyib.