backend

Salyanda AĞIR QƏZA - 1 uşaq öldü, 7 nəfər yaralandı (YENİLƏNDİ)

Salyanda AĞIR QƏZA - 1 uşaq öldü, 7 nəfər yaralandı (YENİLƏNDİ)

Salyan məktəblilərin olduğu avtomobil qəza törədib, bir nəfər ölüb.

Şirvan şəhərindən şagirdləri Cəlilabad rayonuna güləş yarışına aparan sürücü idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusun idarəetməsini itirərək aşırıb.

Qəza nəticəsində Şirvan sakini, 12 yaşlı Əhmədov İlkin Adil oğlu vəfat edib, digər iki şagird isə yaralanaraq xəstəxanaya yerləşdirilib. (qafqazinfo)

***

Bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində mikroavtobus qəzaya uğrayıb.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, qəza nəticəsində 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.

“Biri sürücü olmaqla yeddi nəfər müxtəlif xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir”.