backend

“Gürcüstan 100 faiz Avropa dövlətidir…” – Jan–Klod Yunker

“Gürcüstan 100 faiz Avropa dövlətidir…” – Jan–Klod Yunker

Avropa Komissiyasının sədri Jan-Klod Yunker son çıxışında Gürcüstanın ünvanına xoş sözlər söyləyib. “AzPolitika” Qərb mətbuatına istinadla xəbər verir ki, Avropa Komissiyasının sədri artıq Gürcüstanın öz göstəricilərinə görə, tam bir Avropa dövlətinə çevrildiyini bildirib.

“Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunan tədbirdə çıxış edən Yunker deyib: “Gürcüstan Avropa İttifaqından kənarda olan ilk ölkədir ki, biz orada Avropa məktəbi açmışıq. Gürcüstan artıq 100 faiz Avropa ölkəsinə çevrilib…”

Yunker əlavə edib ki, “Şərq Tərəfdaşlığı” proqramı uğur əldə edib və burada Avropa İttifaqı ilə yanaşı tərəfdaş ölkələrin demokratiya istiqamətindəki səyləri də əhəmiyyətlidir.

Qeyd edək ki, sözügedən proqrama Gürcüstanla yanaşı Ukrayna, Belarus, Azərbaycan, Moldova və Ermənistan kimi ölkələr cəlb edilsə də, Yunker yalnız Gürcüstanı əsl Avropa ölkəsi hesab edir.