backend

Binəqədi sakinlərini qorxu içində saxlayan şəxs yaxalandı

Binəqədi sakinlərini qorxu içində saxlayan şəxs yaxalandı

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş N.Mustafazadənin ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində bir neçə başqa cinayət əməli törətməsi də üzə çıxıb. N.Mustafazadənin Binəqədidə daha 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.