backend

ABŞ-ın İrana qarşı 120 min ordu göndərməsi... - Sanders

ABŞ-ın İrana qarşı 120 min ordu göndərməsi... - Sanders

ABŞ və İran arasında gərginlik artdıqca, Pentaqonun fövqəladə planlarını yenidən yoxlamağı və yeniləməyi gözlənilən idi.

Bu sözləri Axar.az-a ABŞ Milli Maraqları Mərkəzinin xarici siyasət üzrə mütəxəssisi Paul Senders Patrik Şanahanın İranı hədələyən ultimatumuna şərh verərkən deyib. Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyindən bir çox şərti öhdəliyin planlaşdırılması tələb olunur:

“İran əhəmiyyətli hərbi imkanları olan mühüm bir regional güc olduğundan müdafiə rəsmiləri planlaşdırmada bunu nəzərə almalıdırlar. Əlbəttə ki, bu da öz növbəsində İran liderlərinə Birləşmiş Ştatların İranın ABŞ-ı təhrik etməsi üçün cavab verməyə hazır olduğunu göstərir”.

Qeyd edək ki, ABŞ müdafiə naziri vəzifələrini icra edən Patrik Şanahan İranın nüvə silahının hazırlanmasını sürətləndirəcəyi və amerikalı hərbçilərə hücum edəcəyi təqdirdə, ABŞ-ın Yaxın Şərqə 120 minə qədər hərbçi göndərə biləcəyini açıqlayıb. Maraqlısı odur ki, həmin sayda hərbi kontingent 2003-cü ildə İraq istilası zamanı səfərbər olunmuşdu.