backend

Saatlıda icra başçısı qəbula gələn vətəndaşı döydürüb həbs etdirdi

Saatlıda icra başçısı qəbula gələn vətəndaşı döydürüb həbs etdirdi

Mayın 15-də Saatlı Rayon İcra Hakimiyyətində (RİH) qəbulu günü insident yaşanıb. Cumhuriyyet.net-ə verilən xəbərə görə, Vüsal Fətullayev adlı rayon sakini işsizlik problemi ilə əlaqədar icra başçısı Siraqəddin Cabbarovun qəbuluna gedib.
Lakin qəbul günü icra başçısı ilə onu görüşdürməyiblər, şöbə müdirlərindən birinə yönəldiblər. Bu zaman rayon sakini S.Cabbarovla görüşmək istədiyini bildirib, icra başçısına dərdini danışmaq niyyətində olduğunu söyləyib.
Mənbənin cumhuriyyet.net-ə verdiyi məlumata görə, Vüsalın tələbinə cavab olaraq onu RİH-də otaqlardan birinə salaraq döyməyə başlayıblar. Rayon sakini icra məmurlarının əlindən canını qurtarmaq üçün özünü pəncərədən atıb.
Amma bununla qəzəbi soyumayan rayon rəhbərliyi polisə məlumat verib və onun tutublar. Saatlı rayon məhkəməsinin qərarı ilə ona 15 sutka inzibati həbs cəzası verilib.