backend

SON ANDA! Rusiyanın məxfi materialları internetə sızdırıldı, “Roskosmos”un top-meneceri Yuri Yaskinin xaricə qaçdı... - ÖLKƏ ŞOKDA

SON ANDA! Rusiyanın məxfi materialları internetə sızdırıldı, “Roskosmos”un top-meneceri Yuri Yaskinin xaricə qaçdı... - ÖLKƏ ŞOKDA

Rusiyanın kosmik sənayesilə bağlı məxfi materiallar internetə sızdırılıb.

Teleqraf.com xəbər verir ki, peyklərin bir sıra elementlərini hazırlayan “Roskosmos”un tərkibindəki “Saturn” şirkəti informasiyanı təsdiqləyib və paylaşımı qeyri-qanuni adlandırıb.

“Məlumat qanunsuz olaraq yerləşdirilib. Biz məlumatı kimin paylaşmasını müəyyən etmək üçün müvafiq addımlar atacağıq”, - “Saturn”un baş konstruktoru Sergey Lixonosov bildirib.

Qeyd edək ki, dünən Rusiyanın “Roskosmos” kosmik agentliyinin top-meneceri Yuri Yaskinin ölkədən qaçması barədə xəbər yayılıb.

Məlumatda qeyd edilir ki, Yuri Yaskinin rəhbərlik etdiyi mərkəz “Roskosmos”un “beyni” sayılacaq qədər önəmli müəssisədir.