backend

“Şəmistana fəxri ad versələr, inciyərəm...”

“Şəmistana fəxri ad versələr, inciyərəm...”

"Vaqif Bayatlı, Ramiz Rövşən, Musa Yaqub və Zakir Fəxri xalq şairi deyil, amma onlardan böyük xalq şairi tanıyırsınızmı?"


Millət vəkili Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı Azərbaycanın tanınmış diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlıya fərxi ad və hərbi təqaüd verilməsini təklif edib.

Məsələyə münasibət bildirən yazıçı, millət vəkili Aqil Abbas Moderator.az-a açıqlamasında deyib ki, Şəmistan elə Şəmistandı və o, adını qazanıb. Bu mənada ona fəxri ad verilməsinə ehtiyac yoxdur:

“Şəmistan Əlizamanlıya hələ fəxri ad verilməyib? Qəribədir, niyə bu günə kimi ona ad verilməyib. O, bizim Levitandır. Ş.Əlizamanlı savaş vaxtı çıxışları zamanı oğlanlarımın 7-8 yaşları var idi və onun səsi gələn kimi televizorun qarşısına qaçırdılar ki, görək o, nə deyəcək. Öz yaşımı hələ kənara qoyuram və mənim üçün Şəmistan balalarımın sevdiyi adamdır. İnşallah Şuşaya, Xankəndinə, Ağdama bayraq sancılanda ona Şəmistan deyəcəyik. Mənim “Xalq şairləri” adlı bir yazım var. Məsələn, Vaqif Bayatlı, Ramiz Rövşən, Musa Yaqub və Zakir Fəxri xalq şairi deyil, amma onlardan böyük xalq şairi tanıyırsınızmı? Amma bunlar saf şairlərdilər. Seyran Səxavət, Vaqub Nəsib və ya Səfər Alışarlı nemes yazıçılarıdır? Bunlar da bu xalqın yazıçılarıdır. Bir xalqın şairi var və bir də xalq şairi rəsmi adı var. Bu mənada Şəmistana nə ad verək ki, onun adı Şəmistandır və o, adını qazanıb. Ona əməkdar artist və ya əməkdar incəsənət xadimi adı versələr, inciyərəm. Şəmistanın adı Şəmistandır və o, xalqın Şəmistanıdır”.