backend

Ərəstun Oruclu Azərbaycanın Rusiya siyasətini ifşa etdi

Ərəstun Oruclu Azərbaycanın Rusiya siyasətini ifşa etdi


















“Bu ya səriştəsizlik, ya da yalançılıqdır”

Sivil dünyanın hədəfə aldığı, ciddi sanksiyalara məruz qoyduğu və beynəlxaql aləmdə anti-demokratik imicə malik Rusiyaya Azərbaycanın son aylar ciddi investisiya yatırması və bunu ölkəmizin uğuru kimi təqdim etməsi bəzi iqtisadçı ekspertlərlə yanaşı, siyasətçilər tərəfindən də ciddi şəkildə tənqid edilməkdədir.
Demokratik dünyanın həm iqtisadi, həm də siyasi müstəvidə blokadaya aldığı Rusiya ilə əməkdaşlıq etmək ölkəmizin iqtisadi-siyasi maraqlarına nə dərəcədə cavab verir? İqtisadi baxımdan çökdürülən Rusiya ilə əməkdaşlıqdan qazanclı çıxdığımız doğrudurmu? Həqiqətənmi Azərbaycandan başqa yaranmış vəziyyəti fürsət kimi dəyərləndirib bundan qazanclı çıxmağın mümkünlüyünü düşünən ikinci bir dövlət, başqa bir ağıl sahibi mövcud deyil? Ölümə məhkum bir iqtisadiyyata yatırım qoyub bunu uğur kimi təqdim etmək kimə və ya nəyə lazımdır?
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Ərəstun Oruclu məsələ ilə əlaqədar maraqlı fikirlər səsləndirib:

“Əslində baş verənlər anormal, digər tərəfdən də anlaşılandır. Çünki Azərbaycanın siyasəti Rusiyanın daxili siyasətindən ciddi mənada fərqlənmir. Lakin mən baş verənləri uğur kimi təqdim etməyin digər aspektlərinə toxunmaq istəyirəm. Əgər Azərbaycanın Rusiyadakı mülkiyyəti, ehtiyatları rus rublunun ucuzlaşması nəticəsində faktiki olaraq 60-70% dəyərdən düşürsə, bunu uğur kimi təqdim etməyi iki cür dəyərləndirmək olar. Bu, ya iqtisadiyyat haqqında təsəvvürə malik olmamaq, ya da sadəcə olaraq yalan danışmaqdır. Bunun başqa bir adı yoxdur”.

Seymur Əliyev