“Bakıdakı ermənipərəstlərin üzünə tüpürün!” desəm, məni tutarlar?..”
487
“Yeməyimizi əlimizdən aldıqdan sonra tör-töküntüsünü bizə minnətlə qaytaranlara minnətdarlıq edirik...”
Bakıda 10 milyon manatlıq villa sata bilən 10 milyonluq xalq Şuşada, Laçında, Kəlbəcərdə bir koma tikə bilirmi?..
***
Xəzərə hasar çəkənlərin nazını çəkmək dözümlü, tolerant xalq olaraq borcumuzdur...
***
Bütün varımızı-yoxumuzu, sərvətimizi, yemək-içməyimizi əlimizdən aldıqdan sonra tör-töküntüsünü, sür-sümüyünü, zir-zibilini xırda-xırda, tikə-tikə, damla-damla, özü də minbir minnət-sünnətlə bizə qaytaran milyarder xeyriyyəçilərə minnətdarlıq edirik…
***
Baho, bəs bu xalq nə təhər hərəkət edir: Xalq Hərəkatı üzvləri tutuldu…
***
Gənclərimizə “Bakıdakı ermənipərəstlərin üzünə tüpürün” tövsiyəsini versəm, məni tutarlar?..
***
Görəsən, Bakı bulvarında qızların lüt vəziyyətdə çəmənliyə uzanması da yüksək inkişafımızın göstəricisidir?..
***
Babat vəzifəli məmurlara Ramazan məsləhəti: Allah xatirinə, su da için, araq da için, çörək də, ət də yeyə bilərsiniz; bircə rüşvətdən, korrupsiyadan pəhriz saxlasanız, orucunuz qəbul olar...