backend

Ölkədə sosial partlayış qorxusu

Ölkədə sosial partlayış qorxusu








Məmurların rayonlara intensiv səfərlərinin pərdəarxası

Son vaxtlar məmurların bölgələrə intensiv səfərləri ölkədə narazılığın daha da artması və artıq sosial partlayış təhlükəsinin yaranması ilə bağlıdır. Bu barədə redaksiyamıza hakimiyyətdəki mənbələr məlumat verib. Məlumatda deyilir ki, məmurların rayonlara səfərləri, əhalinin problemlərilə maraqlanması insanlarda müəyyən ümidlər yaratmağa və narazılığın bir qədər azaldılmasına hesablanıb.
"Bu addımlar əslində parlament seçkilərinə hesablanıb. Bəlli olduğu kimi 2015-ci ildə parlament seçkiləri keçiriləcək. Eyni zamanda gələn Azərbaycanda Avropa Yay Olimpiya Oyunlarının keçirilməsi planlaşdırılır. Deməli, 2015-ci il kifayət qaynar il olacaq. Hakimiyyətin narahatlığı da narazılığın seçki ilində sosial partlayışlarla nəticələnə biləcəyindədir. Ona görə də indidən müəyyən tədbirlər görülür. Məmurların rayonlara səfərləri də bu tədbirlərin tərkib hissəsidir”, - deyə mənbə bildirir.
Qeyd edək ki, hakimiyyət prezident seçkisindən öncə də analoji addımı atmışdı. Həmin vaxt da məmurlar rayonlara göndərilir, hakimiyyətin vətəndaşların problemlərinə biganə yanaşmadığı görüntüsü yaradılırdı. Lakin bu dəfə hakimiyyətin məqsədinə nail ola biləcəyi bir qədər inandırıcı görünmür. Dünyada baş verən proseslər, həmçinin neftin qiymətinin düşməsi hakimiyyətin işini daha da çətinləşdirib. Hakimiyyətin həmişə olduğu kimi imitasiya ilə narazılığı azalda bilməsi mümkün görünmür. Bu dəfə hakimiyyət real addımlar atmalıdır.