backend

Təcili!!! PUTİNİN DƏ SONU - Ruslar ondan üz döndərir...

Təcili!!! PUTİNİN DƏ SONU - Ruslar ondan üz döndərir...
Prezidentin partiyasının reytinqi isə bəzi regionlarda 20 faizədək enib
Rusiya Prezident Administrasiyasının sifarişilə keçirilən sorğu ortaya maraqlı nəticələr çıxarıb.

“AzPolitika.info” “RBC”-ya istinadla xəbər verir ki, bütün Rusiyanı əhatə edən qapalı sorğu İctimai Rəy Fondu tərəfindən həyata keçirilib və əsasən ölkə başçısının, həmçinin hakim “Vahid Rusiya” Partiyasının reytinqini müəyyən etməyə hesablanıb.

“RBC”-nın İctimai Rəy Fondundan əldə etdiyi məlumatlara görə, sorğunun nəticələri göstərib ki, ən yaxın bazar günü prezident seçkisi keçirilsə, seçicilərin yalnız 48 faizi Vladimir Putinə səs verər.

Xatırladaq ki, 2018-ci ildə keçirilən seçkinin rəsmi nəticələrinə görə, seçicilərin 77 faizi hazırkı prezidentə səs verib. Bu, ya həmin vaxt seçkilərin saxtalaşdırıldığı, ya da son ildə rusiyalıların Putinə etimadının yarıbayarı azaldığı anlamına gəlir.

Hakim “Vahid Rusiya” Partiyasının vəziyyəti isə daha pisdir. Hazırda bu partiyaya ümumilikdə ölkə üzrə seçicilərin yalnız 34 faizi səs verməyə hazırdır. Hətta bəzi regionlarda partiyaya dəstək az qala 20 faizədək enib.

Ümumiyyətlə, regionlar arasında Putinin ən yüksək anti-reytinqi Uzaq Şərq regionu və Maqadanda qeydə alınıb. Belə ki, məsələn, Xabarovsk vilayətində seçicilərin cəmi 21 faizi hakim partiyanı dəstəkləyib. Maqadan vilayətində isə seçicilərin yalnız 36 faizi Putini prezident kreslosunda görmək istəyir. Onu da qeyd edək ki, Maqadanın hakim partiyadan olan qubernatoru Serqey Nosov Rusiyada ən aşağı reytinqli dörd qubernatordan biri sayılır.

Siyasi şərhçilər və sosioloqlar hesab edirlər ki, Putinə ölkənin uzaq şərq regionlarında bu cür mənfi münasibətin formalaşması təsadüfi deyil. Belə ki, bu region son zamanlar qiymətlərin ən çox artdığı və əhalinin gəlirlərinin bu qiymətlərə adekvat olmadığı bölgələrdən biri, bəlkə də birincisidir.

Ümumiyyətlə, yerli əhali xeyli vaxtdır ki, bu regiondakı idarəçilikdən narazıdır. Bunun nəticəsidir ki, Xabarovsk vilayətinin qubernatoru seçkilərində Vladimir Jirinovskinin partiyasını təmsil edən Serqey Furqal hakim partiyanın namizədinə qalib gəlib.

Xatırladaq ki, Putin administrasiyası bir müddət bundan əvvəl ölkə başçısı tərəfindən qəbul edilən rəsmi sənədə əsaslanaraq əhali arasında qapalı sorğular təşkil etməklə, ölkədəki real durumu, əhalinin regionlarda hakimiyyətə, eləcə də ayrı-ayrı siyasi, sosial və iqtisadi problemlərə münasibətini öyrənməyə çalışır.