backend

Nurəddin Xocanın apelyasiya şikayəti təmin edilməyib

Nurəddin Xocanın apelyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində Qarabağ müharibəsinin iştirakçısı, keçmiş “Bozqurd” batalyonunun komandiri və Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Xocanın apelyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, N.Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə açıq çağırışlar edib.

Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, N.Xocanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi təyin olunaraq ona şərti cəza verilib. Hökmdən narazı qalan N.Xoca apellyasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.