backend

SABİQ NAZİRƏ VƏZİFƏ VERİLDİ – Bir ay əvvəl “od püskürürdü”…

SABİQ NAZİRƏ VƏZİFƏ VERİLDİ – Bir ay əvvəl “od püskürürdü”…

Bakı Dövlət Universitetində (BDU) struktur islahatları aparılıb və kadr təyinatları olub.

“Report”un məlumatına görə, rektor Elçin Babayevin müvafiq əmri ilə BDU-nun Tədris Departamentinin müdiri Məlahət Qurbanova vəzifəsindən azad edilib.

M.Qurbanova hazırda Üzvi kimya kafedrasının professor-müəllimi vəzifəsində çalışır.

E.Babayevin imzaladığı digər əmrlə BDU-da rektorun Strateji İnkişaf və Əlaqələr üzrə müşaviri vəzifəsi yaradılıb. Həmin vəzifə Əli Nağıyevə (Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri-red.) tapşırılıb.

SABİQ NAZİRƏ VƏZİFƏ VERİLDİ – Bir ay əvvəl “od püskürürdü”…

Eyni zamanda, BDU-nun Tədris Departamenti və Beynəlxalq Əlaqələr və Koordinasiya Departamenti ləğv olunub. Beynəlxalq Əlaqələr və Koordinasiya Departamentinin tabeliyində olan Xarici tələbələrlə iş üzrə dekanlıq isə rektorun Strateji İnkişaf və Əlaqələr üzrə müşavirliyinin tabeliyinə verilib.

Bundan əlavə, rektorun daha bir əmri ilə Nazim Məcidov Universitetin Kadrlar şöbəsinin müdiri vəzifəsindən azad edilib. O, BDU-nun Tarixi Muzeyinin direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Nazim Məcidov bu ilin yanvar ayında BDU-nun Kadrlar şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.

BDU-da aparılmış struktur dəyişiklikləri və yeni kadr təyinatlarında ən diqqətçəkən məqam, sözsüz ki, cəmi bircə ay əvvəl iqtidarın bəzi nüfuzlu nümayəndələrinə “od püskürən” Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyevin rektorun müşaviri vəzifəsinə təyin olunmasıdır. Bu təyinat Əli Nağıyevin bu yaxınlardakı ziddiyyətli açıqlamalarına aydınlıq gətirir. Belə görünür ki, odlu-alovlu çıxışlardan sonra Əli Nağıyev müəyyən danışıqlara gedib və sakitləşməsi qarşılığında belə xırda vəzifə ilə mükafatlandırılmasına razı olub…