backend

Hə CƏNABLAR, Zori Balayanı da, Silva Kaputikyanı da Bakıya gətirək...

Hə CƏNABLAR, Zori Balayanı da, Silva Kaputikyanı da Bakıya gətirək...

“Zori Balayanı da Bakıya gətirək... – Deyək ki, ədəbiyyatı siyasiləşdirmək olmaz!..”
Biz “Çelsi”- “Arsenal”, “Yevrovijin” yox, Qarabağın azad edilmə əməliyyatlarının həyəcanını gözləyirik!..
Fikir savaşı...

Sultan Laçın

Futbolçu erməni dığası Henrix Mxitaryanın Bakıya gətirilməsi üçün Azərbaycanda edilən canfəşanlıqlar bir daha göstərdi ki, ərazisinin 20 faizi erməni işğalı altında olan xalqa, dövlətə yaraşmayan bu cür yanlış ideoloji ilə biz torpaq-filan azad edən deyilik. Əksinə, tədricən Zəngəzur, Göyçə, Dərələyəz və s. kimi Qarabağ da tamam unutdurulacaq və yalnız şairlərin şeirlərində, manısların mahnılarında xatırlanacaq...

***

“Heyif! Bahoo! Mxitaryanın təhlükəsizliyinə də təminat verdik, gəlmədi ki, Avropanın, Amerikanın yanında üzümüz ağ olsun... İndi deyəcəklər ki, Azərbaycan irqçi ölkədir, ermənilərə nifrət edir. Ona görə Mxitaryan getmədi oraya...”

***

Deməli, Avropanın qondarma dəyərlərinə sayğı Azərbaycanın 1 milyondan çox qaçqın-köçkün vətəndaşının, 30 mindən çox şəhid minlərlə girov, itkin ailəsinin heysiyyatından üstündür?..
Deməli, biz torpağımızı işğal etmiş, qanımızı axıtmış, canımızı almış, namusumuzu tapdamış düşmənə qarşı nifrətimizi gizlətməli, paşinyanları, mxitaryanları, köçəryanları görəndə qucaqlayıb üz-gözlərindən öpüb bağrımıza basmalıyıq, hə?

***

Olan-qalan torpağının 20 faizi də işğal etdirilmiş ölkə nümayəndələri tərəfindən həmin ölkəyə, xalqa qarşı nə qədər yanlış, xoşqeyrət bir baxış?..

****

Bu, bilirsiz nəyə bənzəyir? Biri arvadının, qızının, bacının namusuna sataşır. Sən nəinki ondan qisas almağa çalışırsan, əksinə, uşaqlarına deyirsən ki, gedin həyətdə o kişinin uşaqlarıyla top-top, gizlənqaç oynayın, birdən onlara ağır söz deyərsiz, onlarla dalaşıb edərsiz ha, ayıbdı, qoy arada sülh yaransın!..

***

A kişi, ermənilər Rusiyanın, Qərbin fitvasıyla, dəstəyi ilə olsa da, faktiki torpaqlarımızı işğal edib, 10 nəfərimizdən birini yurd-yuvasından qaçqın-köçkün salıb, on milərimizi şəhid edib, qız-gəlinimizin namusuna sataşıb. İndi özümüzünkülər deyir ki, incəsənət, musiqi, idmanı siyasiləşdirmək olmaz, qoyun erməni də olsa, “yaxşı” müğənnilər, idmançılar gəlib-getsinlər Azərbaycana, biz də onlara baxaq əylənək, atılıb-düşək... Nə olsun, Qarabağ işğal altındadır, danışıqlar davam edir...

***

Dünən erməni müğənnini gətir, bu gün erməni idmançını gətir, sabah daşnak deputatı gətir, o birisi gün hayk rəssamı gətir... Bu, açıq-açığına erməni təcavüzü sayəsində torpağını, əzizlərini itirmiş insanların əsəbləri ilə oynamağa, ürəklərini partlatmağa yönəlmiş bir davranış deyilmi?.. Onsuz da adi ermənilər müxtəlif yollarla, soyadlarını dəyişməklə Azərbaycana gəlib-gedirlər. Barı, tanınmışları gətirməyin ki, yaramıza artıq duz basılmasın da!..

***

Onda gəlin “Ocaq” əsərinin müəllifi, Xocalıda Azərbaycan körpələrini, qızlarını olmazın işgəncələrlə qətlə yetirməsi ilə fəxr edən Zori Balayanı da, şeirləriylə Qarabağ məsələsini qızışdıranlardan biri olan erməni şairəsi Silva Kaputikyanı Bakıya gətirək. Deyək ki, ədəbiyyatı, poeziyanı siyasiləşdirmək olmaz, nə olsun ki, Azərbaycanın əleyhinə yazıblar, demokratiyadır, hər kəs necə düşünür, elə də yazır...

***

Cənablar, hər hansı bir erməninin Bakıya gəlməsinə razılıq verəndə özünüzü bir anlığa oğlu, qızı, qardaşı, bacısı, əri şəhid olmuş on minlərin, bütöv ailəsini itirmiş Xocalı qaçqınlarının, yurdu-yuvası, evi-eşiyi, ata-baba qəbirləri dağıdılmış yüz minlərin yerinə qoyun... Bunu edə bilmirsinizsə, vətəndaşın heysiyyatını, qeyrətini, namusunu heçə sayırsınızsa, onda sizin bu xalqın adından qərar verməyə heç bir haqqınız yoxdur...

***

Gəlin, xalq, dövlət olaraq birdəfəlik qərar verək: ya Qarabağın itirilməsi ilə barışıb, ermənilərlə gediş-gəlişi, yeyib-içməyi açıq şəkildə bərpa edək, ya da qəti olaraq düşmənliyimizi ortaya qoyub torpaqların azadlığı üçün savaşa atılaq... Yoxsa bu demokratiya, tolerantlıq-filan oyunlarıyla “torpaqlarımızı azad edəcəyik!” şüarları bir araya sığmır. Zəngəzurun, Göyçənin, Dərələyəzin ermənilərə verilməsinə Rusiyanın sosializmi şərait yaratdısa, Qarabağın da verilməsinə Qərbin dermokratiyası yol açacaq və demək olar ki, açıb... Bizim torpağımız, yurdumuz işğal altındadırsa, “Avroliqa” həyəcanı, İngiltərənin “Çelsi”si, “Arsenal”ı, “Yevrovijin”, Olimpiya oyunları nəyimizə gərəkdir? Biz Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın azad edilmə əməliyyatlarının həyəcanını gözləyirik!..

Sultan Laçın

Moderator.az