backend

«DÖVLƏTİN DAĞILMASI MEXANİZMLƏRİ İŞƏ DÜŞDÜ…» – Prezident cəmiyyətin etibarını itirir

«DÖVLƏTİN DAĞILMASI MEXANİZMLƏRİ İŞƏ DÜŞDÜ…» – Prezident cəmiyyətin etibarını itirir

Pensiya islahatı və iqtisadiyyatda staqnasiya Rusiya prezidenti Vladimir Putinin reytinqinin aşağı düşməsinin başlıca səbəbləri oldu. Bu barədə İctimai fikri öyrənən Ümumrusiya Mərkəzinin (İFÖÜM) başçısı Valeri Fyodorov bəyan edib.

Fyodorov izah edib ki, son 5 il ərzində gəlirlərinin artmaması insanları gərginləşdirir. Amma hökumət inandırmağa çalışır ki, böhranın «pik» həddi hələ 2016-cı ildə keçilib. Pensiya islahatı insanlar üçün hökumətin onlara münasibətində lakmus kağızı oldu. Gəlirlərin artacağı, təhsilin və səhiyyənin inkişaf edəcəyi barədəki ümidlərin üzərindən xətt çəkilmiş oldu. «Bizə göstərdilər – yox, gələcəkdə biz, sadəcə, elə indiki həcmlərdə əmək haqqının müqabilində daha çox işləyəcəyik» – deyə, İFBÜM-nin başçısı sorğunun nəticələrini belə şərh edib.

Putinin reytinqinin hiss olunacaq dərəcədə enməsini 2018-ci ilin avqustundan başlayaraq, sosioloji xidmətlərin əksəriyyəti qeyd edir. Zamanına görə, bu, prezidentin pensiya yaşının qaldırılmasının qaçılmaz olduğunu əsaslandırmağa çalışdığı vaxtla üst-üstə düşür.

Əgər ötən ilin yayına qədər dövlət başçısının fəaliyyətinin bəyənilməsi reytinqi 80-85 faiz arasında dəyişirlisə, indi İFÖÜM-n məlumatına görə, bu rəqəm 65 faiz təşkil edir. Bunula yanaşı, «insanlar dövlət başçısına etibar edirlərmi?» – sualına müsbət cavab verənlərin sayı 32 faiz təşkil edib. Hökumətə və onun sədri Dmitri Medvedyevə etibarın səviyyəsindən isə heç danışmağa dəyməz - cəmi 7 faiz.

Vəziyyət ayrıca götürülmüş bölgələrdə daha pis görsənir. İctimai fikir fondunun (İFF) qapalı sorğusunun nəticələri KİV-ə sızıb. Həmin sorğuya görə, Maqadan vilayətində Putinə səs verməyə hazır olanların sayı cəmi 36 faiz təşkil edir. Ölkə üzrə ümmilikdə bu rəqəm 48 faizdir – yəni ki, yarıdan az…

Sirr deyil ki, 2018-ci ilin martında «daha da pis olmasın» prinsipinə əsasən, bir çox rusiyalı Putinə səs verib. İnsanlar Nazirlər Kabinetinin sosial siyasətini dəstəkləmirdi, ancaq ümid edirdilər ki, heç olmasa prezident vəziyyəti dəyişər və liberalların məsləhətlərinə rəğmən, düzgün qərar qəbul edər. Üstəlik də əksəriyyətin gözündə prezident gerçək patriot və heç olmasa, beynəlxalq səhnədə Rusiyanın maraqlarını qoruyan dövlət xadimi kimi görünürdü…

Putin sosial problemlərin həlli sahəsində liberallarn “mühasib yanaşması” (az sayda pensiyaçı və az məbləğdə əmək haqqı – az büdcə xərcləri) ilə razı olduğunu bəyan edəndə, ona münasibət dəyişdi. Bu, o deməkdir ki, təkcə prezident və hökumət inamı itirmir. Ardınca, güclü ümumilli alternativ siyasətçilərin olmadığı situasiyada bölgələrdə separatçı əhvalın artmasını gözləmək olar. O zaman ki, ölkə üzrə ailələrin yarısı – «Rosstat»ın məlumatına görə – yalnız qida və paltar almaq gücündədir, o zaman insanların şüurunda «artıq bundan da pis olmayacaq» prinsipi möhkəmlənir.
«DÖVLƏTİN DAĞILMASI MEXANİZMLƏRİ İŞƏ DÜŞDÜ…» – Prezident cəmiyyətin etibarını itirir
«Hakimiyyət vertikalı təkcə Putinin reytinqi ilə xarakterizə olunmur, həm də bölgələrin büdcəsində pul çatışmazlığı öz işini görür. Ancaq sistem bütövlükdə, hər şeydən əvvəl, ayaqda qala biləcək. Doğrudur – o da var ki, hakimiyyət böyük şəhərlərdə öz populyarlığını itirir…

Milli bölgələrdə çox şey elitanın federal mərkəzə münasibətindən asılıdır. Məsələn, Tatarstanda vəziyyət bir cürdür, çeçen liderisə özünü Putinin əsgəri hesab edir – bu, da başqa vəziyyətdir…

Bəs, pensiya islahatı ölkənin bütövlüyünə necə təsir elib? Pensiya yaşının qaldırılması hakimiyyətin reytinqini azaldıb. Amma hələ ki, birləşdirici fiqur olaraq, Putinin rolu tamamilə itməyib. O, iki halda itə bilər: Birincisi, əgər onun reytinqi sıfıra yuvarlanarsa, ikincisi isə əgər ölkədə yüksək reytinqə malik digər siyasətçi meydana çıxarsa. Birinci və ikinci hələ ki, olmayıb…

Ona görə də daha az dayanıqlı formada olsa da, prezident, birləşdirici fiqur olaraq qalır. Ola bilsin, ona görə belədir ki, pensiya islahatı hələ tam gücü ilə işə düşməyib.

Əgər isanlar Putinə inamını itirərsə, digər birisinə inanmalıdırlar. Bax, bu məsələ xeyli problematikdir…”

Sonda qeyd etmək yerinə düşərdi ki, iki il əvvəl Azəbaycada həyata keçirilməyə başlanın «pensiya islahatı» da Rusiyadakının tam «güzgü əksi»dir. Odur ki, bir atalar məsəlində deyildiyi kimi, «qızım sənə deyirəm, gəlinim sən eşit…»