Şəhid zabitimiz dəfn edildi - FOTO

hadise 31-05-2019, 14:41
Şəhid zabitimiz dəfn edildi - FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb.

Şəhidin nəşi dəfn edilməsi üçün Qax rayonuna gətirilib, daha sonra Lələpaşa kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində Qax Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib, havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, şəhid mayor Aqil Omarov ailəli olub və iki oğlan övladı var.(Report)

***

10:21
Azərbaycanın Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusunun nəşi Qax rayonuna gətirilib.

Şəhidin nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq onun doğulub boya başa çatdığı Lələpaşa kəndindəki evinə gətirilib.

Şəhid saat 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, ötən gün ermənilər cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.(Report)

Şəhid zabitimiz dəfn edildi - FOTO
Şəhid zabitimiz dəfn edildi - FOTO
Şəhid zabitimiz dəfn edildi - FOTO
Oxunub: 196
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 


ILK-10