backend

ABŞ-dan Türkiyə ilə bağlı MÜHÜM AÇIQLAMA: "Terror hücumları..."

ABŞ-dan Türkiyə ilə bağlı MÜHÜM AÇIQLAMA: "Terror hücumları..."

Almaniyanın paytaxtı Berlində rəsmi səfərdə olan Mayk Pompeo həmkarı Heyko Maas ilə görüşüb və birgə mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, dövlət katibi ölkəsinin BMT-nin Suriyada siyasi həllə nail olmaq üçün atdığı addımları dəstəklədiyini və Vaşinqtonun münaqişə riskini azaltmaq cəhdlərinə davam edəcəyini vurğulayıb: “Fərat çayının şərqində yerləşən Münbiçdə türklərlə birlikdə gördüyümüz iş göz qabağındadır. Şəhərdə ABŞ və Türkiyə əsgərlərinin patrul nəzarətinə alternativ sistem üzərində işləyirik. Buna istər təhlükəsiz bölgə deyin, istərsə də başqa cür adlandırın. Türkiyə ilə Suriyada ortaqlığımız davam edir”.

Pompeo bildirib ki, planlaşdırılan təhlükəsiz bölgə Türkiyə ilə regiondakı ABŞ dəstəkli qruplar (PKK/PYD terror təşkilatları) arasındakı gərginliyi azaltmaq məqsədilə qurulacaq.

***

“Türkiyəyə terror hücumları riskini azaltmaq üçün Suriyanın şimalında təhlükəsiz bölgə yaratmaq cəhdləri davam edir”.

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo deyib.

Qeyd edək ki, Türkiyə uzun zamandan bəridir ki, Suriyadan gələcək terror hücumlarından qorunmaq üçün təhlükəsiz bölgəsinin yaradılması məqsədilə ABŞ-la danışıqlar aparır. Lakin bugünədək bunun bir nəticəsi olmayıb.