“Mən Paşinyanı öldürməyə çağırmamışam” – Deputat təkzib edir

gundem / Siyasət 31-05-2019, 20:57
“Mən Paşinyanı öldürməyə çağırmamışam” – Deputat təkzib edir

Milli Məclisin deputatı Aydın Mirzəzadə təcili bəyanatla çıxış edib. Millət vəkilinin rəsmi bəyanatı virtualaz.org-un redaksiyasına daxil olub. “Mən parlamentin iclasında Paşinyanın aradan götürülməsinə çağırış etməmişəm. Təəssüf ki, KİV sözlərimi təhrif edib”, – bəyanatda deyilir.

Xatırladaq ki, bu gün bəzi KİV-lər Aydın Mirzəzadənin çıxışını yayıb və bildiriblər ki, guya həmin çıxışında deputat Azərbaycan ordusunun batalyon komandiri, mayor Aqil Ömərovun qətlinə qisas olaraq snayperləri baş nazir N.Paşinyanı və müdafiə naziri D.Tonoyanı aradan götürməyə çağırıb.

“Mən cəbhə zonasında yerləşən Ermənistan və Azərbaycan silahlı qüvvələrinin snayperlərini nəzarətə götürməyə çağırmışam. Demişəm ki, snayperlər hara gəldi atəş açmamalıdırlar. Elə vəziyyət yarana bilər ki, cəbhə zonasına dövlət başçıları və hökumət üzvləri gələ bilərlər. Misal üçün, qoşunların təmas xəttinə Paşinyan gələ bilər. Birdən snayperlər atəş açar. Bu, faciəyə gətirib çıxara bilər. Eyni şey Azərbaycan nümayəndələrinə də aiddir. Bir daha təəssüf edirəm ki, mənim sözlərim düzgün qəbul edilməyib və təhrif olunub”, – deputat bildirib.
Oxunub: 138
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 


ILK-10