backend

“Biz dövlətdən xahiş edirik ki, sən ticarətlə məşğul olma…” – “Azərsun Holding”in prezidenti

“Biz dövlətdən xahiş edirik ki, sən ticarətlə məşğul olma…” – “Azərsun Holding”in prezidenti

“Biz dövlətdən xahiş edirik ki, sən ticarətlə məşğul olma, bizim yolumuzu aç”.

Bunu Bakıda keçirilən “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxış edən “Azərsun Holding”in prezidenti Abdulbari Gözəl qeyd edib. “Bu gün bizim üçün ən vacib ölkəyə xarici sərmayənin gəlməsidir. Bunun üçün də qanunun doğru işləməsi lazımdır. Allah şükür cənab prezident bunu ələ alıb. Biz ona inanırıq, o bir şeyi ələ aldısa ən yaxşısını görəcək. Əgər qanun doğru işləsə o bizim üçün xeyir-bərəkətdir” deyə şirkət rəsmisi bildirib.

Abdulbari Gözəl Azərbayaycanda məhkəmə sisteminin də inkişaf etdirilməsinin vacib olduğunu deyib: “Bir dəfə Almaniyada dostumla danışırdım. Ona dedim ki, biri gəlib məni qandırıb (aldadıb). Vəkilə vəkalət verdim. Mən aayıdıb gəldim. Pulumu alıb yolladı, həmin adamı da 6 il həbsə saldı. Mənim güvənim, simpatiyam ona artdı. Ona görə də arzu edirım ki, qanunlarımız daha da ədalətli olsun”. -deyə Abdulbari Gözəl çıxışı zamanı qeyd edib. /Fed.az