backend

Daha ciddi: Moskva ilə razılaşan Ankara Bakıya xəyanət edib?

Daha ciddi: Moskva ilə razılaşan Ankara Bakıya xəyanət edib?












Moskva ilə Ankara arasında imzalanan enerji ittifaqı Qafqaz və Orta Asiyadan gələn neft və qaz layihələrinin reallaşma şansını kəskin şəkildə azaldıb.

Bu iddia ilə “Todays Zaman” qəzeti çıxış edib.

Qəzetin iddialarına görə, Türkiyə bu addımı atmaqla özünün Avropaya inteqrasiyasını nəzərdə tutan siyasətinin dəyişdiyini göstərib: “Rusiya bu addımı ilə Qafqaz və Orta Asiyadan Avropaya nəqli nəzərdə tutulan enerji layihələrinin gerçəkləşməsini sual altına qoydu. Türkiyə də bununla razılaşdı. Rusiya Avropa Birliyi ölkələrinə qaz tədarükü və Mavi Axındakı itkilərin kompensasiyası üçün Türkiyəyə Yunanıstan üzərindən təbii qaz ixracını təklif etdi. Bu addım eyni zamanda iki ölkə arasında olan əlaqələri beynəlxalq müstəviyə çıxarmış oldu. Bununla da iki ölkə arasında fikir ayrılığına səbəb olan Suriya məsələsini artıq həll edilmiş hesab edə bilərik”.