backend

TƏCİLİ! "Türklər təlim adı ilə Naxçıvana ordu yerləşdirir" - Ermənistan QARIŞDI

TƏCİLİ! "Türklər təlim adı ilə Naxçıvana ordu yerləşdirir" - Ermənistan QARIŞDI

Türkiyə və Azərbaycan ordularının birgə təlimləri Ermənistanda ciddi qorxu və narahatlıqla qarşılanmaqdadır. Məhz bu narahatlığın nəticəsidir ki, düşmən Azərbaycan və Türkiyə haqqında əsassız, böhtan xarakterli məlumatlar tirajlamaqdadır.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın “türkoloq”larından sayılan Karen Hovhannisyan Türkiyənin təlim adı altında Naxçıvanda ordu yerləşdirdiyi ilə bağlı açıqlama yayıb.

K.Hovhannisyanın səsləndirdiyi bu yalan Ermənistan ictimaiyyətində geniş əks-sədaya səbəb olub. Maraqlıdır ki, Ermənistanın Müdafiə Nazirliyi də bununla bağlı suallara qəti cavab verməyib. Öz ərazisinə nəzarət edə bilməyən Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan daxilində yaşanan hər bir olayı diqqətlə izlədiklərini və nəzarətdə saxladıqlarını bildirib.

Göründüyü kimi, türk ordusunun Azərbaycanda ola biləcəyi ehtimalının özü belə Ermənistanda ciddi təşvişə səbəb olmaqdadır. Halbuki,Azərbaycanda heç bir ölkənin, eləcə də türk ordusunun hərbi bazasının olmaması bilinən həqiqətlər sırasındadır.

QAYNARXETT.AZ