backend

Binəlilərin HABİL HƏMİDOV "BƏLASI" - Dur deyilən tapılacaqmı?

Binəlilərin HABİL HƏMİDOV "BƏLASI" -  Dur deyilən tapılacaqmı?

Bu gün bələdiyyələrin fəaliyyəti vətəndaşları razı salmır. Xüsusilə də Binə qəsəbə sakinləri Binə kənd bələdiyyəsinin sədri Habil Həmidovun fəaliyyətindən bogaza yıgılıblar.. Binə sakinlərini narahat edən problemlərdən biri qəsəbəyə avtobusun normal şəkildə işləməməsidir. Bütün bunlar isə qəsəbənin yollarının bərbad vəziyyətdə olmasıyla bağlıdır. Sözügedən qəsəbəyə 160 nömrəli avtobus işləyir. Lakin yollar bərbad durumda olduğundan avtobus vaxtlı-vaxtında işləmir. Bizə verilən məlumata görə, qəsəbənin yolları bərbad gündədir. Yolda iri çuxurlar var. Təəssüf ki, yolların bərbad durumda olması bələdiyyə sədrini maraqlandırmır. Vətəndaşlar özləri çala-çuxurları qum, daşla doldururlar. Lakin vətəndaşların gördüyü tədbirlərin heç bir xeyri olmur. Vətəndaşlar dəfələrlə Binə bələdiyyə sədrinə yolların bərbad gündə olmasıyla bağlı müraciət etsələr də, bələdiyyə heç bir tədbir görmür. Halbuki sədr vətəndaşlara qısa zaman içərisində yolları təmir etdirəcəyini bildirib.
Binəlilərin HABİL HƏMİDOV "BƏLASI" -  Dur deyilən tapılacaqmı?
Bütün bunlar onu göstərir ki, Habil Həmidov ona tapşırılan işlərə qarşı laqeyd yanaşır. Bələdiyyə sədri işinə qarşı məsuliyyətsizlik nümayiş etdirir. Ölkə başçısının ətraf qəsəbələrə diqqət və qayğısına baxmayaraq, sözügedən bələdiyyə sədri ölkə başçısının gördüyü işlərə kölgə salmağa çalışır. Halbuki ölkə başçısı dəfələrlə keçirdiyi müşavirələrdə bütün məmurlara səslənir ki, vətəndaşlarla ünsiyyətdə olun, vətəndaşların problemləriylə maraqlanın. Lakin Binə bələdiyyəsinin sədri qəsəbə sakinləriylə ünsiyyətdən qaçır. Qəsəbənin problemləriylə maraqlanmır. Üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmir. Bu da vətəndaşların haqlı narazılığına əsas yaradır. Təəssüf ki, bələdiyyə sədri vəzifəyə gələndən bəri hansısa müsbət islahatıyla yadda qalmayıb.
Binəlilərin HABİL HƏMİDOV "BƏLASI" -  Dur deyilən tapılacaqmı?
Nəzərə alsaq ki, qarşıda soyuq fəsillər gəlir, təmirə ehtiyacı olan yolların daha da bərbad vəziyyətə düşəcəyini asanlıqla demək olar. Vətəndaşlar bildirirlər ki, qarşıda bizi əziyyətlər gözləyir. Yollarımız pis gündədir. Binə sakinləri yeni bələdiyyə sədrindən çox şey gözlədiklərini lakin ümidlərinin puça çıxdığını deyir.

Etibarlı mənbələrin verdiyi məlumata görə, Habil Həmidov bələdiyyəyə sədr seçiləndən bəri qəsəbədə heç bir abadlıq-quruculuq işləri həyata keçirilməyib. Həmidov sabiq bələdiyyə sədrindən geri qalmır. Deyilənə görə, sanki yeni sədr keçmiş sədrdən dərs alıb. Əldə etdiyimiz məlumatlara görə, Habil Həmidov bələdiyyənin balansında olan torpaq sahələrini, həmçinin bələdiyyəyə aid olmayan 30 h. torpaq sahəsinin bir hissəsini satıb, bir hissəsində isə özünə obyektlər tikdirib. İndi o qəsəbədə mülkədar kimi yaşayır. Oglu, özü bahalı maşınlarda öz keflərindədirlər.
Hazırda isə bələdiyyə sədri Binə - Sovxozda olan torpaqları köhnə tarixli sənədlərlə uyğunlaşdıraraq saxta tarixlə, saxta adlarla sənədləşdirib satır.
Şikayətcilər iddia edirlər ki, bütün baş verənlər azmış kimi, Sovxoz ərazisində yerləşən qəbristanlığa aid olan torpaq sahələrini də Bələdiyyə sədri Habil Həmidov vəzifəsindən sui-istifadə edərək, qanunsuz sənət tərtib edərək satıb və pulları mənimsəyib.

Binəlilərin HABİL HƏMİDOV "BƏLASI" -  Dur deyilən tapılacaqmı?
Adının cəkilməsini istəməyən sakin Qaynarxett.az-a Südçülük Sovxozu yaşayış masivinə içməli suyun çəkilmədiyinidən şikayətlənir. Onun sözünə görə içməli suyu satın alırlar. 500 litr içməli suya ən azı 5 manat pul verirlər: ”Hansı əsrdə yaşayırıq ki, içməli suyu su maşınları ilə daşıyırlar. Yollarımız biabırçı gündədir. Lerik rayonunun ucqar kənd yoları bu vəziyyətdə deyil. Çaları dərin, torpaq yollardır. Quraqlıq günlərdə toz, yağışlı günlərdə yollarımızı su, palçıq basır. Hələ aprel ayıdır, yollarımız bu gündədir. Beş dəqiqə açıq havada qalmaq olmur. Ərazi un dəyirmanına bənzəyir. Başımızın tükünə, kipriklərimizə kimi toza batırıq. Yaşayış masivi ekoloji təmizliyini itirib. Yollarımız çala-çuxur olduğundan Bakının Qara Qarayev metrostansiyasından gələın 160 saylı avtobus masivin içinə gedə bilmir. Bu səbəbdən də 6-7 kolometr yolu piyada gəlmək məcburiyətində qalırıq. Biz yaşadığımız ərazidə 218 saylı tam orta məktəb fəaliyyət göstərir. Yağışlı günlərdə məktəbə getmək olmur. Həyətin giriş qapısına kimi palçığın, gölməçəlityin içində olur. Yağış suları yolqırağı evləriin həyət və zirzəmisini basır”.
Binəlilərin HABİL HƏMİDOV "BƏLASI" -  Dur deyilən tapılacaqmı?
Adıçəkilən yaşayış masivində yaşadığını deyən taksi sürücüsü bildirdi ki, hər gün on manat pul qazanır, onu da təmirə verir: ”Çünki yollar xarabdır, qəsəbənin içi ilə gedib-gəlmək olmur. Avtomobilimizin altı yerə dəyərək sınır. Obizə böyük bir zibilxananı göstərərək dedi ki, görün qəsəbəmiz nə gündədir: «Elə ki, havalar isindi, onda bu yaşayış masivinin ərazisində durmaq olmur. Hər tərəf natəmizlik, antisanitaiya içindədir. Məişət tullantıları ilərlə yığılıb qalır, onu atan yoxdur. Sovxoz ərazisinin böyüklüyünə və əhalisinin sayına görə, Bakıda ən böyük qəqəsəbədir. Keçən il sakinlər yola, suya görə, etiraz etdilər. Xəzər Rayon İcra Hakimiyyətindən isə söz verdilər ki, zibil atılacaq, yollarınız isə təmir ediləcək. Bir-iki maşın zibil daşıdılar. Amma bu günə kimi heç bir iş görülmədi. Binə Bələdiyyəsinin fəaliyəti his olunmur. Bu günə kmi gəlib bir iş görməyiblər. Sakinlər öz vəsaitləri hesabına yolların dərin çalarına gətirib torpaq tökürlər. Ucu-bucağı görünməyən ən böyük bir yaşayış Massivində uşaq bağçası belə fəaliyyət göstərmir”.

Ümid edirik ki, bu yazıdan sonra əlaqədar dövlət qurumları Binə bələdiyyəsinin fəaliyyətinə nəzarəti gücləndirib işində nöqsanlara yol verən şəxslərin barəsində ciddi cəza tədbiri həyata keçirəcəklər.


Mövzunu diqqət mərkəzində saxlayacagıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


QAYNARXETT.AZ